Bank Respublika ASC kredit üzrə arxa ofis mütəxəssisi axtarır (Sədərək)
İşəgötürən: Bank Respublika ASC
Vakansiya: Kredit üzrə arxa ofis mütəxəssisi (Sədərək)
Son tarix: 08 oktyabr 2022
Ümumi vəzifə öhdəlikləri:
-Bank proqramında CIF (Customer Information File) hesab açmaq;
-Kredit, zəmanət, akkreditiv və kredit ödənişləri üzrə məlumatları düzgün şəkildə bank proqramına daxil etmək;
-Qanunvericilik, bankdaxili qaydalar və kredit komitəsinin qərarlarına uyğun olaraq müqavilə, müqaviləyə əlavə və digər zəruri sənədləri tərtib edərək krediti rəsmiləşdirmək;
-Kredit qovluğu və onun elektron fotosurətini yaratmaq;
-Bankdaxili sənədləri Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələbləri və daxili qaydalara uyğun olaraq tərtib etmək və rəsmiləşdirmək.
Namizədə qarşı tələblər:
-Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
-Azərbaycan dili əla (yazılı və şifahi);
-Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi arzuolunandır;
-Komputer bilikləri: MS Office (Word, Excel, Outlook) proqramları;
-Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
-Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarığı;
-Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
-Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində Kredit üzrə arxa ofis mütəxəssisi (Sədərək) qeyd etməklə 07 oktyabr 2022-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 2 ay, 4 gün, 17 saat, 59 dəq
- 3 ay, 2 gün, 19 saat, 52 dəq
- 6 ay, 1 həftə, 14 saat, 37 dəq
-
6 ay, 2 həftə, 5 gün, 10 saat, 8 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 6 ay, 3 həftə, 2 gün, 18 saat, 6 dəq