Bank Respublika ASC informasiya Təhlükəsizliyi Departamentinin mütəxəssisi / aparıcı mütəxəssisi axtarır (DevSecOps)

Mütəxəssis


İşəgötürən: Bank Respublika ASC

Vakansiya: İnformasiya Təhlükəsizliyi Departamentinin mütəxəssisi/aparıcı mütəxəssisi (DevSecOps)

Son tarix: 10 iyun 2023

Ümumi vəzifə öhdəlikləri:

-Texniki ekspert kimi informasiya təhlükəsizliyi risklərinin azaldılmasına yönəlmiş informasiya təhlükəsizliyi proseslərinin işlənib hazırlanmasında iştirak etmək;

-İnformasiya təhlükəsizliyi baxımından hazırlanmış proqramların arxitekturasının təhlilində iştirak etmək;

-DevSecOps çərçivəsində yeni tədbir və metodları tətbiq etmək;

-DevSecops sahəsində texnologiya, alətlər və iş üsullarını sınaqdan keçirmək, seçmək və tətbiq etmək;

-Devops infrastrukturu üzrə təhlükəsizlik nəzarətlərini avtomatlaşdırmaq;

-Təhlükəsiz proqram təminatının inkişafı tələblərinə uyğunluğu təmin etmək (SSDLC);

-SAST, SCA, DAST skan nəticələrinin təhlil edilməsi;

-CI/CD proseslərinin qurulmasında iştirak etmək (Jenkins, GitLab);

-SSL/TLS sertifikatı və SSH açarının idarə edilməsi.

Namizədə qarşı tələblər:

-Ali təhsil (aidiyyatı sahə üzrə);

-Müvafiq sahə üzrə minimum 1 illik iş təcrübəsi;

-Dil bilikləri: Azərbaycan dili (əla), Rus və İngilis dili (yaxşı);

-Şəbəkə texnoloqiyaları və protokolları (UDP, TCP, IP, NTP) üzrə  biliklər;

-DevSecOps yanaşması və SSDLC prosesi üzrə dərin biliklər;

-SAST, DAST, SCA alətləri ilə bağlı bilik və təcrübə;

-Mikroservis tətbiqi arxitekturasının prinsiplərini başa düşmək;

-CI/CD pipeline iş prinsipi üzrə biliklər;

-Problemlərin effektiv həll olunması və analitik düşünmə bacarığı;

-İnformasiya təhlükəsizliyi standartları haqqında biliklər (ISO/IEC 27001, NIST, PCI-DSS və s.).

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissəsində İnformasiya Təhlükəsizliyi Departamentinin mütəxəssisi/aparıcı mütəxəssisi (DevSecOps) qeyd edərək 09 iyun 2023-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlərə baxılmaya bilər. 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]