Bank biznes kreditlərinin monitorinqi üzrə mütəxəssis axtarır

“Uniban” Biznes kreditlərinin monitorinqi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
-Elan tarixi: 22.04.2022
-Bitmə tarixi: 22.05.2022
-Şirkət: Unibank
-Ərazi: Bakı
-Əmək haqqı: Müsahibə əsasında
-Staj: 2 il
-Yaş həddi: 25 — 45 yaş
-Təhsil: Natamam ali təhsil (bakalavr)
-İş rejimi: Tam iş günü (5 gün)
-Müqavilə: Əmək müqaviləsi
-E-mail: [email protected]
Öhdəliklər:
Rəhbərliyin sərəncamına/Təsdiqlənmiş planlara uyğun olaraq maliyyə, tematik və kompleksli kredit layihələrinin monitorinqi;
Bank fəaliyyəti və nəzarət prosedurlarının təkmilləşdirilməsi üçün müstəqil tövsiyələrin verilməsi;
Monitorinqin nəticələrinə əsasən rəylərin və hesabatların hazırlanması;
Bakıda və regionlarda müştərilərə vizit edə bilmək marağı və imkanının olması;
Kreditləşmə layihələrinin risklərinin azaldılması, qarşısının alınması və minimallaşdırılması ilə bağlı tövsiyələrin verilməsi.
Namizədə tələblər:
Ali təhsil (iqtisadiyyat və ya riyaziyyat sahəsində);
Biznes kreditlər sahəsində ən azı 2 il iş təcrübəsi;
Microsoft Office proqramlarında işləmək bacarığı;
Kredit, maliyyə, mühasibat uçotu, sənədlərin təhlili, müştərilərin sahəvi təhlili sahəsində yüksək biliyə sahib olmalı;
Milli və regional biznes proseslərinin tənzimlənməsi və idarəedilməsi üzrə biliklər;
Qanunvericiliyin əsaslarını bilmək;
Sənədlərin təhlilini aparmaq;
Analitik düşünmə bacarığı;
Stressə davamlılıq, komandada işləmək bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər email-ın mövzu hissəsində Biznes kreditlərinin monitorinqigöstərməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilər.
Vakansiyalar
- 1 ay, 2 həftə, 28 dəq
-
1 ay, 3 həftə, 4 gün, 19 saat, 59 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 1 ay, 4 həftə, 2 gün, 3 saat, 57 dəq
- 2 ay, 3 gün, 3 saat, 47 dəq
- 2 ay, 3 gün, 3 saat, 50 dəq