Avtomatlaşdırılmış bank sistemləri şöbəsində mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis axtarılır

Mütəxəssis


Avtomatlaşdırılmış bank sistemləri şöbəsində mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis

“Kapital Bank” ASC namizədləri İT İnfrastruktur Departamentinin Avtomatlaşdırılmış bank sistemləri şöbəsində mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

– Rəhbərlik tərəfindən Bank əməliyyat sistemlərinin (BƏS) inkişafı ilə bağlı daxil olan tapşırıqların analizini apararaq sistemlərin təkmilləşdirilməsi istiqamətində təkliflər irəli sürülməsi;

– BƏS-ə aid olan dəyişikliklərin mövcud standartlar əsasında icra və tətbiq edilməsi;

–  BƏS-in işləmə prinsipi və standartların başa düşülməsi və bu qaydaların inkişafı ilə bağlı təkliflər verilməsi;

– BƏS üzrə hazırlanacaq yeni servis və funksionallıqları icraya götürmədən öncə komanda üzvləri ilə birlikdə müzakirə aparıb, asılılıqların müəyyən edilməsi;

–  Bilavasitə rəhbərinin göstərişlərinin, təlimatlarının və tapşırıqlarının keyfiyyətli və vaxtında yerinə yetirilməsi;

– BƏS-in fasiləsiz, təhlükəsiz fəaliyyətini və səmərəli istifadəsinin təmin edilməsi;

–  BƏS-in fəaliyyəti prosesində ortaya çıxan nasazlıqların vaxtında aşkar edilməsi və aradan qaldırılması;

-Əmək müqaviləsi, departamentin əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaların icra edilməsi.

Tələblər

–  Sahə üzrə minimum 2 il iş təcrübəsi;

-Alqoritm nəzəriyyəsi bilikləri;

–  Oracle verilənlər bazası üzrə proqramlaşdırma təcrübəsi (SQL və PL/SQL dil bilikləri);

– Bank prossesləri haqqında məlumatlı olmaq və bank sistemləri ilə iş təcrübəsi;

– Analitik düşüncə;

–   Komanda tərkibində və fərdi işləmə bacarığı.

Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanınavakansiyanın adını qeyd edərək  CV göndərərək vakansiyamıza müraciət edə bilərsiniz.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]