Aparıcı investisiya şirkətinə Audit meneceri tələb olunur
![vakansiya](https://avand.marja.az/wp-content/uploads/2023/06/yeni_vakansiya.jpeg)
“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC potensial namizədləri Audit meneceri vəzifəsinə dəvət edir
Vəzifə öhdəlikləri:
-Daxili Audit Departamentinin fəaliyyətini tənzimləyən siyasət, metodologiya və rəhbərliklərin, daxili qaydalar və prosedurların hazırlanmasını təmin etmək;
-Daxili Audit Departamentinin büdcəsini hazırlamaq, Audit Komitəsinə təsdiq üçün təqdim etmək və xərclərin büdcə daxilində saxlanılmasına nəzarət etmək;
-İllik Audit Planını hazırlamaq və Audit Komitəsinə təqdim etmək;
-Təsdiq olunmuş İllik Audit Planına və Audit Komitəsinin tapşırığına əsasən audit, sonrakı audit və xüsusi audit layihələrinin həyata keçirilməsini təmin etmək;
-Mühüm riskləri nəzərə alaraq audit layihəsi tapşırığını müəyyən etmək, audit layihəsinin gedişatına və büdcəsinə nəzarət etmək;
-Audit layihələri üzrə hesabatların hazırlanmasını və müvafiq strukturlara (Audit Komitəsi, İdarə Heyəti və s.) təqdim edilməsini təmin etmək;
-Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün şirkətin rəhbərliyi tərəfindən hazırlanmış tədbirlər planın icrasına nəzarət etmək və icra statusu haqqında Audit Komitəsini mütəmadi qaydada məlumatlandırmaq;
-Kənar auditorların və digər müstəqil məsləhətçilərin daxili auditorlarla birgə fəaliyyətinin koordinasiyasını aparmaq və məlumat mübadiləsi prosesini dəstəkləmək;
-Daxili Audit Departamentinin fəaliyyəti ilə bağlı icmal hesabatların Audit Komitəsinə vaxtı-vaxtında təqdim edilməsini təmin etmək;
-Daxili Audit Departamentinin əməkdaşlarının iş vaxtı istifadəsinin dəqiqliyinə və effektivliyinə nəzərət etmək;
-Nəzarətində olan əməkdaşların Əsas Fəaliyyət Göstəricilərini (ƏFG) və inkişaf planlarını müəyyən etmək;
-Daxili auditin işini müəyyən edilmiş peşəkar standartlara uyğun həyata keçirməsini təmin etmək;
-Nəzarətində olan əməkdaşların fəaliyyətinin qiymətləndirilməsini aparmaq;
-Nəzarətində olan əməkdaşlara təlim keçmək, məsləhətlər vermək;
-Audit Komitəsinin Daxili Audit Departamenti ilə bağlı digər tapşırıq və göstərişlərini yerinə yetirmək;
-Daxili komitələrdəki müzakirələrdə iştirak etmək.
Namizədlərə əsas tələblər:
-Müvafiq sahədə akademik dərəcə (ən azı ali təsil);
-Müvafiq iş təcrübəsi: 5 ildən artıq ümumi, 3 ildən artıq audit funksiyasında;
-Şirkətin fəaliyyət sahəsini tənzimləyən dövlət icra orqanının tərtib etdiyi normativ və hüquqi sənədlər üzrə dərin biliklərin olması;
-Audit prosedurlarını həyata keçirmək üçün müvafiq sektor və biznes proseslər üzrə biliklər;
-Şirkətdaxili prosedurlar, şirkət tərəfindən təklif edilən məhsullar və həmin prosedurlara/məhsullara edilmiş dəyişikliklər haqda məlumatlı olmaq;
-Effektiv kommunikasiya, planlaşdırma və insan resurslarının idarə edilməsi bacarıqları;
-Kritik düşünmə, mülahizə və analitik təhlil bacarıqları;
-Kompüter savadlığı və müvafiq proqram təminatları (MS Windows məhsulları, xüsusi audit proqram təminatı üzrə) ilə işləmək bacarığı;
-Daxili audit sahəsi üzrə ən son yeniliklərdən, eləcə də qabaqcıl təcrübələrdən xəbərdar olmaq.
Müraciət üçün: [email protected]
Vakansiyalar
-
1 ay, 1 gün, 16 saat, 15 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 5 ay, 5 gün, 17 saat, 10 dəq
- 6 ay, 3 gün, 19 saat, 3 dəq
- 9 ay, 1 həftə, 1 gün, 13 saat, 48 dəq
-
9 ay, 2 həftə, 6 gün, 9 saat, 19 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır