SƏBA qida təhlükəsizliyi və keyfiyyətə nəzarət şöbəsinə mütəxəssis axtarır

Mütəxəssis


İşəgötürən: SƏBA

Vakansiya: Qida təhlükəsizliyi və Keyfiyyətə nəzarət şöbəsinə mütəxəssis

Son tarix: 06 may 2022

Hesabat verir: şöbə müdirinə.

İş vaxtı: 5 günlük iş həftəsi, 09:00-18:00-dək

Namizədə tələblər:

-Ali təhsil

-Qeyd olunan vəzifə üzrə ən azı 1-2 illik iş təcrübəsi

-Qida istehsalı sahəsində iş təəcrübəsi

-Rus və İngilis-dilini bilməsi arzu olunmalıdır

-İSO 22000-2018 Qida təhlükəsizliyi İdarəetmə Sistemi üzrə sertifikatın olması

-İSO 9001-2018 İdarəetmə Sisteminin üzrə sertifikatın olması

-HACCP biliklərinin olması

-Kommunikasiya, planlama və təşkilatçılıq, yaradıcılıq və innovasiya, analitik düşüncə, nəticə yönümlülük, öyrənmə və dəqiqlik, müştəri yönümlülük, konfiliktlərin idarə edilməsi

-MS Office programları (Word, Excell,Power-Point, Outlook).

Əsas vəzifə öhdəlikləri:

-Müəssisənin istehsal etdiyi məhsulların keyfiyyətinə nəzarətin aparılması;

-Məhsulun texniki sənədlərlə təsdiq edilmiş tələblərə, göndərilmə və müştərilərlə bağlanan  müqavilələrin şərtlərinə uyğunluğun yoxlanılması;

-İstehsalat intizamının möhkəmləndirilməsi;

-Məhsulun yüksək texniki səviyyəsi və keyfiyyətinin təmin edilməsi üzrə işlərin təşkil edilməsi;

-Müəssisəyə daxil olan ehtiyatların yoxlanılması, onların keyfiyyətlərinin standart və texniki şərtlərə uyğunluğu barədə rəylərin hazırlanmasını;

-Istehsalat prosesinin bütün mərhələlərində xammalın, hazır məhsulun müştərilərə göndərilənədək müəssisənin bölmələrində və anbarlarda saxlanmasının düzgünlüyünə nəzarətin təmin edilməsi;

-Məhsulun keyfiyyətinin yüksədilməsi üzrə keyfiyətin idarə edilməsi sisteminin, nəzarət əməliyyatlarının mexanikləşdirilməsi və avtomatlaşdırılmasını nəzərdə tutan daha mükəmməl nəzarət metodlarının yaradılması, məhsulun qüsursuz təhvili sistemlərinin tətbiqi tədbirlərinin işlənib hazırlanması;

-Keyfiyyətsiz məhsul, onun səbəbləri və təqsirkarlarının uçotunun aparılması;

-Ümumi keyfiyyət sisteminin yaradılması, tetbiqi və nəzarət olunması;

-Keyfiyyətə nəzarət planının hazırlanması;

-Keyfiyyətə nəzarət prosedurlarının tətbiq edilməsi;

-Müəssisədaxili intizam qaydalarına, prosedura və təlimatlara, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigyena norma və qaydalarına riayət edilməsi;

-Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;

-Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlarhazırlayıb təqdim edilməsi;

-Şöbə rəhbərinin tapşırıq və sərəncamlarının yerinə yetirilməsi;

CV-lərinizi [email protected] elektron ünvanına, mövzu yerinə vakansiyanın adını yazmaqla göndərməniz xahiş olunur. Yalnız tələblərə uyğun namizədlər seçilərək iş görüşmələrinə dəvət olunacaq. 

Əmək haqqı bazarda olan təkliflər arasında rəqabətli səviyyədə təklif olunur.

CV-lərin təqdim edilməsi üçün son tarix: 05.05.2022

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]