SƏBA qida təhlükəsizliyi və keyfiyyətə nəzarət şöbəsinə mütəxəssis axtarır
İşəgötürən: SƏBA
Vakansiya: Qida təhlükəsizliyi və Keyfiyyətə nəzarət şöbəsinə mütəxəssis
Son tarix: 06 may 2022
Hesabat verir: şöbə müdirinə.
İş vaxtı: 5 günlük iş həftəsi, 09:00-18:00-dək
Namizədə tələblər:
-Ali təhsil
-Qeyd olunan vəzifə üzrə ən azı 1-2 illik iş təcrübəsi
-Qida istehsalı sahəsində iş təəcrübəsi
-Rus və İngilis-dilini bilməsi arzu olunmalıdır
-İSO 22000-2018 Qida təhlükəsizliyi İdarəetmə Sistemi üzrə sertifikatın olması
-İSO 9001-2018 İdarəetmə Sisteminin üzrə sertifikatın olması
-HACCP biliklərinin olması
-Kommunikasiya, planlama və təşkilatçılıq, yaradıcılıq və innovasiya, analitik düşüncə, nəticə yönümlülük, öyrənmə və dəqiqlik, müştəri yönümlülük, konfiliktlərin idarə edilməsi
-MS Office programları (Word, Excell,Power-Point, Outlook).
Əsas vəzifə öhdəlikləri:
-Müəssisənin istehsal etdiyi məhsulların keyfiyyətinə nəzarətin aparılması;
-Məhsulun texniki sənədlərlə təsdiq edilmiş tələblərə, göndərilmə və müştərilərlə bağlanan müqavilələrin şərtlərinə uyğunluğun yoxlanılması;
-İstehsalat intizamının möhkəmləndirilməsi;
-Məhsulun yüksək texniki səviyyəsi və keyfiyyətinin təmin edilməsi üzrə işlərin təşkil edilməsi;
-Müəssisəyə daxil olan ehtiyatların yoxlanılması, onların keyfiyyətlərinin standart və texniki şərtlərə uyğunluğu barədə rəylərin hazırlanmasını;
-Istehsalat prosesinin bütün mərhələlərində xammalın, hazır məhsulun müştərilərə göndərilənədək müəssisənin bölmələrində və anbarlarda saxlanmasının düzgünlüyünə nəzarətin təmin edilməsi;
-Məhsulun keyfiyyətinin yüksədilməsi üzrə keyfiyətin idarə edilməsi sisteminin, nəzarət əməliyyatlarının mexanikləşdirilməsi və avtomatlaşdırılmasını nəzərdə tutan daha mükəmməl nəzarət metodlarının yaradılması, məhsulun qüsursuz təhvili sistemlərinin tətbiqi tədbirlərinin işlənib hazırlanması;
-Keyfiyyətsiz məhsul, onun səbəbləri və təqsirkarlarının uçotunun aparılması;
-Ümumi keyfiyyət sisteminin yaradılması, tetbiqi və nəzarət olunması;
-Keyfiyyətə nəzarət planının hazırlanması;
-Keyfiyyətə nəzarət prosedurlarının tətbiq edilməsi;
-Müəssisədaxili intizam qaydalarına, prosedura və təlimatlara, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigyena norma və qaydalarına riayət edilməsi;
-Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
-Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlarhazırlayıb təqdim edilməsi;
-Şöbə rəhbərinin tapşırıq və sərəncamlarının yerinə yetirilməsi;
CV-lərinizi [email protected] elektron ünvanına, mövzu yerinə vakansiyanın adını yazmaqla göndərməniz xahiş olunur. Yalnız tələblərə uyğun namizədlər seçilərək iş görüşmələrinə dəvət olunacaq.
Əmək haqqı bazarda olan təkliflər arasında rəqabətli səviyyədə təklif olunur.
CV-lərin təqdim edilməsi üçün son tarix: 05.05.2022
Vakansiyalar
- 1 ay, 3 həftə, 4 gün, 15 saat, 44 dəq
- 2 ay, 3 həftə, 4 gün, 17 saat, 37 dəq
- 5 ay, 4 həftə, 2 gün, 12 saat, 22 dəq
-
6 ay, 1 həftə, 4 gün, 7 saat, 53 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 6 ay, 2 həftə, 1 gün, 15 saat, 51 dəq