Avrora karyera inkişafı üzrə mütəxəssis axtarır
İşəgötürən: Avrora
Vakansiya: Karyera inkişafı üzrə mütəxəssis
Son tarix: 25 may 2022
Əsas vəzifə öhdəlikləri:
-İşçi təcrübəsinin idarə olunması prosesinin cəlb etmə və inkişaf mərhələlərinin həyata keçirilməsi
-İşə götürən brendinin inkişaf etidirilməsi və tanıdılması prosesinin icra edilməsi
-Şirkətin işə götürən kimi tədbirlərdə, əmək yarmarkalarında, həmçinin onlayn kanallarda layiqli təmsil olunmasına nəzarət edilməsi
-Yeni işçilər üçün orientasiya və adaptasiya proseslərini icra edilməsi
-Təlim və inkişaf prosesinin bütün mərhələlərinin həyata keçirilməsi
-Təlim ehtiyaclarının müəyyən olunması üçün rəhbərlər və biznes tərəfdaşlarla birlikdə təhlillərin aparılması
-Yerli və xarici bazarda təlimçilərin və vendorların araşdırılması
-Təlim büdcəsinin yaradılması, büdcənin mütəmadi nəzarətdə saxlanılması, təşkil olunan təlimlər üzrə xərclərin yoxlanılması
-Təlimin öncəsi və sonrası sorğuların aparılması, təlim ümumi qiymətləndirilməsi və hesabatlılığın aparılması
-İnkişaf imkanları barədə məlumatlılığın artırılması və daxili təlimçilərin inkişafına töhvələrin verilməsi.
Tələb olunan bilik və bacarıqlar:
-Bütün HR Modulları üzrə ümumi biliklər
-Layihələrin koordinasiyası bacarığı
-Analitik düşüncə
-Problem həll etmə bacarığı
-Qərarvermə bacarığı
-Komandada işləmə bacarığı
-Vaxtın düzgün idarə edilməsi bacarığı
-Kreativlik
-Mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı
-MS Office proqramlarında sərbəst istifadə bacarığı.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
-İnsan resursları, İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi ixtisasları üzrə ali təhsil (Magistratura təhsili üstünlük hesab olunur)
-Təlim və inkişaf sahəsi üzrə təsdiqlənmiş təcrübə
-İnsan resursları sahəsində minimum 1 il iş təcrübəsi
-Azərbaycan dili (səlis), İngilis dili (səlis) üzrə biliklər (Rus dili biliyi üstünlük hesab olunur).
İş şəartlərimiz:
-İş qrafiki : 09:00-18:00
-İş yeri : Avrora MMC.
Biz nə təklif edirik:
-Əmək bazarında rəqabətli əməkhaqqı;
-İşçilərə qayğı proqramı;
-Peşəkar komanda mühiti;
-Nahar;
-Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Karyera inkişafı üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 2 ay, 1 həftə, 1 gün, 20 saat, 18 dəq
- 3 ay, 6 gün, 22 saat, 11 dəq
- 6 ay, 1 həftə, 4 gün, 16 saat, 56 dəq
-
6 ay, 3 həftə, 2 gün, 12 saat, 27 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 6 ay, 3 həftə, 6 gün, 20 saat, 25 dəq