Avrora karyera inkişafı üzrə mütəxəssis axtarır

Mütəxəssis


İşəgötürən: Avrora

Vakansiya: Karyera inkişafı üzrə mütəxəssis

Son tarix: 25 may 2022

Əsas vəzifə öhdəlikləri:

-İşçi təcrübəsinin idarə olunması prosesinin cəlb etmə və inkişaf mərhələlərinin həyata keçirilməsi

-İşə götürən brendinin inkişaf etidirilməsi və tanıdılması prosesinin icra edilməsi

-Şirkətin işə götürən kimi tədbirlərdə, əmək yarmarkalarında, həmçinin onlayn kanallarda layiqli təmsil olunmasına nəzarət edilməsi 

-Yeni işçilər üçün orientasiya və adaptasiya proseslərini icra edilməsi

-Təlim və inkişaf prosesinin bütün mərhələlərinin həyata keçirilməsi

-Təlim ehtiyaclarının müəyyən olunması üçün rəhbərlər və biznes tərəfdaşlarla birlikdə təhlillərin aparılması

-Yerli və xarici bazarda təlimçilərin və vendorların araşdırılması

-Təlim büdcəsinin yaradılması, büdcənin mütəmadi nəzarətdə saxlanılması, təşkil olunan təlimlər üzrə xərclərin yoxlanılması

-Təlimin öncəsi və sonrası sorğuların aparılması, təlim ümumi qiymətləndirilməsi və hesabatlılığın aparılması

-İnkişaf imkanları barədə məlumatlılığın artırılması və daxili təlimçilərin inkişafına töhvələrin verilməsi.

Tələb olunan bilik və bacarıqlar: 

-Bütün HR Modulları üzrə ümumi biliklər

-Layihələrin koordinasiyası bacarığı

-Analitik düşüncə

-Problem həll etmə bacarığı

-Qərarvermə bacarığı

-Komandada işləmə bacarığı 

-Vaxtın düzgün idarə edilməsi bacarığı 

-Kreativlik

-Mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı

-MS Office proqramlarında sərbəst istifadə bacarığı.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

-İnsan resursları, İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi ixtisasları üzrə ali təhsil (Magistratura təhsili üstünlük hesab olunur)

-Təlim və inkişaf sahəsi üzrə təsdiqlənmiş təcrübə

-İnsan resursları sahəsində minimum 1 il iş təcrübəsi

-Azərbaycan dili (səlis), İngilis dili (səlis) üzrə biliklər (Rus dili biliyi üstünlük hesab olunur).

İş şəartlərimiz:

-İş qrafiki : 09:00-18:00

-İş yeri : Avrora MMC.

Biz nə təklif edirik:

-Əmək bazarında rəqabətli əməkhaqqı;

-İşçilərə qayğı proqramı;

-Peşəkar komanda mühiti;

-Nahar;

-Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Karyera inkişafı üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]