Şirkətə menecer/administrator tələb olunur

Administrator


İşəgötürən: Smart Sweet

Vakansiya: Menecer/Administrator

Son tarix: 01 may 2022

Əsas Vəzifələr:

-Məkanın ümümi iş rejiminə nəzarət və idarəedilməsi

-Lazimi məmulatların alınması, bölgüsü və nəzarət edilməsi

-Müştərilərlə birbaşa ünsiyyətin qurulması

-Əməkdaşların iş rejiminə və digər mağazadaxili administrativ məsələlərə nəzarət edilməsi

-Günlük və həftəlik lazımi hesabatların tərtib edilməsi 

-Mağazanın məhsullarının tanıtımı və yayımı yönündə sosial şəbəkələrdən düzgün və aktiv şəkildə istifadə edilməsi 

-Müxtəlif layihələrin təşkili və idarə olunması

-Əməkdaşlıq edilən obyektlərlə daim əlaqələrin saxlanılması və izlənilməsi

-Gündəlik veriləcək işləri ilə bağlı öhdəliklərin yerinə yetirilməsi

Bilik və Bacarıqlar:

-Mükəmməl səviyyədə Azərbaycan və Rus, başlanğıc səviyyədə İngilis dili bilikləri

-Müvafiq təhsilin olması üstünlükdür

-Sosial şəbəkələr və onlardan aktiv istifadə barədə mükəmməl biliyə sahib olmaq

-Sosial marketinq barədə ətraflı məlumat və geniş təcrübə

-Kreativ, təşəbbüskar, işgüzar, ünsiyyətcil və məsuliyyətli olmaq

-Müasir trendlər və mağazanın fəaliyyəti ilə əlaqəli bütün tədbir və layihələr barədə ətraflı məlumatlı olmaq

-Yaradıcı düşünmə qabiliyyətinə malik olmaq

-Daim öz üzərində çalışmaq və öyrənməyə meylli olmaq

Maraqlanan namizədlərdən 30 Aprel 2022-ci il tarixinə kimi öz CV-lərini [email protected] email ünvanına göndərməli xahiş olunur. 

Zəhmət olmasa başlıq yerində vəzifəsinin adını – “Menecer/Administrator” qeyd edəsiniz.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]