Corn Processing Company insan resursları üzrə mütəxəssis axtarır

Mütəxəssis


İşəgötürən: Corn Processing Company

Vakansiya: İnsan Resursları üzrə Mütəxəssis

Son tarix: 23 sentyabr 2022

İş yeri: Oğuz şəhəri
İş vaxtı: I – V günlər 09:00 – 18:00
Əmək haqqı: 700 –  AZN – dən başlayaraq
Tabeçilik: İnsan Resursları və İnzibati şöbə

İşin təsviri:

-Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara və rəhbərinin əmrlərinə uyğun işçilərin işə qəbulu, işdən azad olunmaları, vəzifə dəyişikliyi, mükafatlandırılması, kadrların ixtisasının artırılması, məzuniyyətin verilməsi və s. işləri yerinə yetirmək;

-İşçilərin şəxsi işlərini tərtib etmək;

-Kadrların seçilməsi və düzgün yerləşdirilməsi;

-Fəhlələrin, rəhbər işçilərin və qulluqçuların ixtisasının artırılması, tələbə və şagirdlərə istehsalat təcrübəsinin öyrədilməsi işinin təşkilinə dair təkliflər hazırlamaq;

-Kadrlar üzrə perspektiv planları işləyib hazırlamaq;

-Kadr axının səbəblərini öyrənmək, onun aradan qaldırılması üçün tədbirlər hazırlamaq və rəhbərliyə təqdim etmək;

-İxtisas və attestasiya komissiyalarına lazım olan materialları hazırlamaq, attestasiya komissiyasının işində bilavasitə iştirak etmək;

-İşçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq;

-Şəxsi işlərin arxivini aparmaq;

-Vaxtı keçmiş işlərin dövlət arxivinə verilməsini təşkil etmək;

-Kadrlar üzrə hesabatları tərtib etmək və tələb olunan yerə vaxtında təqdim edilməsini təmin etmək;

-İşçilərin gündəlik davamiyyətlərinə nəzarət etmək və nöqsan və uyğunsuzluqlar barədə rəhbərinə hesabat verir;

Namizədə dair tələblər:

-Ali təhsil

-Sahə üzrə minimum 1 il 3 il iş təcrübəsi;

-MS Office proqramları üzrə bilik;

-Azərbaycan dilində səliş danışıq (Rus dili və İngilis dili arzuolunandır)

-Bölgələrdən olan namizədlərə üstünlük veriləcək.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV – lərini göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin)

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]