Corn Processing Company insan resursları üzrə mütəxəssis axtarır
İşəgötürən: Corn Processing Company
Vakansiya: İnsan Resursları üzrə Mütəxəssis
Son tarix: 23 sentyabr 2022
İş yeri: Oğuz şəhəri
İş vaxtı: I – V günlər 09:00 – 18:00
Əmək haqqı: 700 – AZN – dən başlayaraq
Tabeçilik: İnsan Resursları və İnzibati şöbə
İşin təsviri:
-Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara və rəhbərinin əmrlərinə uyğun işçilərin işə qəbulu, işdən azad olunmaları, vəzifə dəyişikliyi, mükafatlandırılması, kadrların ixtisasının artırılması, məzuniyyətin verilməsi və s. işləri yerinə yetirmək;
-İşçilərin şəxsi işlərini tərtib etmək;
-Kadrların seçilməsi və düzgün yerləşdirilməsi;
-Fəhlələrin, rəhbər işçilərin və qulluqçuların ixtisasının artırılması, tələbə və şagirdlərə istehsalat təcrübəsinin öyrədilməsi işinin təşkilinə dair təkliflər hazırlamaq;
-Kadrlar üzrə perspektiv planları işləyib hazırlamaq;
-Kadr axının səbəblərini öyrənmək, onun aradan qaldırılması üçün tədbirlər hazırlamaq və rəhbərliyə təqdim etmək;
-İxtisas və attestasiya komissiyalarına lazım olan materialları hazırlamaq, attestasiya komissiyasının işində bilavasitə iştirak etmək;
-İşçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq;
-Şəxsi işlərin arxivini aparmaq;
-Vaxtı keçmiş işlərin dövlət arxivinə verilməsini təşkil etmək;
-Kadrlar üzrə hesabatları tərtib etmək və tələb olunan yerə vaxtında təqdim edilməsini təmin etmək;
-İşçilərin gündəlik davamiyyətlərinə nəzarət etmək və nöqsan və uyğunsuzluqlar barədə rəhbərinə hesabat verir;
Namizədə dair tələblər:
-Ali təhsil
-Sahə üzrə minimum 1 il 3 il iş təcrübəsi;
-MS Office proqramları üzrə bilik;
-Azərbaycan dilində səliş danışıq (Rus dili və İngilis dili arzuolunandır)
-Bölgələrdən olan namizədlərə üstünlük veriləcək.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV – lərini göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin)
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
-
14 saat, 44 dəq
Online Slot Machine Best Payment: Exactly How to Maximize Your Profits
-
2 gün, 21 saat, 1 dəq
How Infrastructure Affects Worker Efficiency in Smart Cities
-
6 gün, 2 saat, 50 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
1 həftə, 1 gün, 1 saat, 42 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 1 həftə, 1 gün, 2 saat, 16 dəq