“Fresh Logistics” logistika üzrə mütəxəssis axtarır
“Fresh Logistics” Logistika üzrə mütəxəssis ( Daxili yükdaşımaları üzrə) axtarışındadır.
Vəzifə təlimatı:
– Logistik sxemlərin tətbiqi və inkişafı, mövcud logistik sxemlərin optimallaşdırılması
– Nəqliyyat dəyərinin hesablanması və təqdim edilməsi
– Nəqliyyatın planlaşdırılması və sifarişi
– İdxal və İxrac əməliyyatlarına nəzarət
– Təmsil etdiyi şirkətdən alınmış sənədlərin və gömrük məqsədləri üçün zəruri olan məlumatların düzgünlüyünün yoxlanması
– İdxal və İxrac əməliyyatları üçün nəzərdə tutulan fitosanitar, mənşə və digər sertifikat, lisenziya, icazələrin alınması
– Nəqliyyat şirkətləri, brokerlər və gömrük orqanları ilə əməkdaşlıq
– Nəqliyyat və gömrük sənədləri ilə iş; bütün zəruri icazələrin hazırlanması
– Ödənişlərin planlaşdırılması və hesabatın formalaşdırılması
– Bazar qiymətlərinin monitorinqi,güvənli yerli və xarici logistika şirkətlərinin tapılması və risklərin dəyərləndirilməsi
Namizədə dair əsas tələblər:
– Ali təhsil;
– MS Office (Excel, Word, Power point, Power BI) biliyi olmalı;
– Logistika, daxili daşımalar, planlama sahəsində 3 il iş təcrübəsinə malik olmalı;
– Analiz və problem həll etmə bacarığına sahib olmalı;
– Logistik, dağıtım, məlumatlı olmalı;
– Səlist danışıq bacarığı və yüksək ünsiyyət qabiliyyəti olmalıdır.
İş şəraiti:
– Həftə ərzində 5 günlük iş qrafiki
– İş saatı: 09:00-18:00
– Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq
– İş yeri: Bakı şəh., Ələsgər Qayıbov 11B
Maraqlanan namizədlər öz cv formalarını vakansiyanın adını qey edərək [email protected] mail ünvanına göndərə bilərlər.
“AS Group Investment” MMC-nin bir hissəsi olan beynəlxalq nəqliyyat şirkəti olan “Fresh Logistics” MMC 2017-ci ildən fəaliyyət göstərir.
Vakansiyalar
- 2 ay, 1 həftə, 3 gün, 17 saat, 3 dəq
- 3 ay, 1 həftə, 3 gün, 18 saat, 56 dəq
- 6 ay, 2 həftə, 1 gün, 13 saat, 41 dəq
-
6 ay, 3 həftə, 6 gün, 9 saat, 12 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 7 ay, 17 saat, 10 dəq