“Fresh Logistics” logistika üzrə mütəxəssis axtarır

Mütəxəssis


“Fresh Logistics” Logistika üzrə mütəxəssis ( Daxili yükdaşımaları üzrə) axtarışındadır.

Vəzifə təlimatı:

– Logistik sxemlərin tətbiqi və inkişafı, mövcud logistik sxemlərin optimallaşdırılması

– Nəqliyyat dəyərinin hesablanması və təqdim edilməsi

– Nəqliyyatın planlaşdırılması və sifarişi

– İdxal və İxrac əməliyyatlarına nəzarət

– Təmsil etdiyi şirkətdən alınmış sənədlərin və gömrük məqsədləri üçün zəruri olan məlumatların düzgünlüyünün yoxlanması

– İdxal və İxrac əməliyyatları üçün nəzərdə tutulan fitosanitar, mənşə və digər sertifikat, lisenziya, icazələrin alınması

– Nəqliyyat şirkətləri, brokerlər və gömrük orqanları ilə əməkdaşlıq

– Nəqliyyat və gömrük sənədləri ilə iş; bütün zəruri icazələrin hazırlanması

– Ödənişlərin planlaşdırılması və hesabatın formalaşdırılması

– Bazar qiymətlərinin monitorinqi,güvənli yerli və xarici logistika şirkətlərinin tapılması və risklərin dəyərləndirilməsi

Namizədə dair əsas tələblər:

– Ali təhsil;

– MS Office (Excel, Word, Power point, Power BI) biliyi olmalı;

– Logistika, daxili daşımalar, planlama sahəsində 3 il iş təcrübəsinə malik olmalı;

– Analiz və problem həll etmə bacarığına sahib olmalı;

– Logistik, dağıtım, məlumatlı olmalı;

– Səlist danışıq bacarığı və yüksək ünsiyyət qabiliyyəti olmalıdır.

İş şəraiti:

 – Həftə ərzində 5 günlük iş qrafiki

 – İş saatı: 09:00-18:00

  – Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq

  – İş yeri: Bakı şəh., Ələsgər Qayıbov 11B

Maraqlanan namizədlər öz cv formalarını vakansiyanın adını qey edərək [email protected] mail ünvanına göndərə bilərlər.

“AS Group Investment” MMC-nin bir hissəsi olan beynəlxalq nəqliyyat şirkəti olan “Fresh Logistics” MMC 2017-ci ildən fəaliyyət göstərir.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]