Ziraat Bank Azərbaycan əməliyyat riskləri üzrə mütəxəssis / aparıcı mütəxəssis axtarır
İşəgötürən: Ziraat Bank Azərbaycan
Vakansiya: Əməliyyat riskləri üzrə mütəxəssis/aparıcı mütəxəssis
Son tarix: 01 iyun 2023
Vəzifəyə olan tələblər:
-Müvafiq istiqamətdə maliyyə, iqtisadiyyat, tətbiqi riyaziyyat və digər analitik ixtisaslar üzrə ali təhsil;
-Yüksək səviyyədə MS Excel SQL bilikləri;
-Yüksək analitik düşünmə və problem həll etmə qabiliyyəti;
-Türk və ingilis dili bilikləri arzuolunandır;
-Bank sahəsində ən azı 2 illik iş təcrübəsi;
-Beynəlxalq sertifikatlar arzuolunandır.
Əsas vəzifələr:
-Risklərin idarə edilməsi üzrə Bankın daxili qaydalarının hazırlanmasında və təkmilləşdirilməsində iştirak;
-Əməliyyat risklərinin idarə edilməsi prosesində lazımi hesabatlıqların tərtib edilməsi, əsas risk indikatorlarına dair məlumatların toplanması və analizlərin həyata keçirilməsi;
-Bankın baş ofisi və filiallarında həyata keçirilən biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədi ilə monitorinqlərin aparılması, nəticələrinin sənədləşdirilməsi və təkliflərin verilməsində iştirak;
-Bankda risk mədəniyyətinin yüksəldilməsi istiqamətində iştirak;
-Bankın struktur bölmələrindən insidentlər barədə məlumatların toplanması və səbəblərinin araşdırılmasının təmin edilməsi;
-Yeni məhsul və xidmətlərin risk qiymətləndirilməsində iştirak;
-Stress-testlərin həyata keçirilməsi;
-Risk limitlərinin müəyyənləşdirilməsində iştirakı, riayyət olunmasına nəzarətin həyata keçirilməsi.
Göstərilən tələblərə cavab verən namizədlər 31.05.2023-cü il tarixinə qədər öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Əməliyyat riskləri” qeyd etməyiniz vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Vakansiyalar
- 1 həftə, 5 gün, 17 saat, 50 dəq
- 2 həftə, 6 gün, 22 saat, 15 dəq
-
3 həftə, 1 gün, 11 saat, 2 dəq
Guide to Pay by Mobile Casino A Practical How-To for Players
-
3 həftə, 1 gün, 11 saat, 2 dəq
Guide to Pay by Mobile Casino A Practical How-To for Players
-
3 həftə, 1 gün, 11 saat, 2 dəq
Guide to Pay by Mobile Casino A Practical How-To for Players