Ziraat Bank Azərbaycan əməliyyat departamentinə mütəxəssis/aparıcı mütəxəssis axtarır
İşəgötürən: Ziraat Bank Azərbaycan
Vakansiya: Əməliyyat Departamentinə mütəxəssis/aparıcı mütəxəssis
Son tarix: 01 iyun 2022
Vəzifəyə olan tələblər:
-Ali təhsil;
-MS Office (MS Office Excel yaxşı səviyyədə) bilikləri;
-Müvafiq sahə üzrə 2 illik bank stajı;
-Türk, Rus və İngilis dil bilikləri müsbət qarşılanır.
Əsas vəzifələr:
-Kağız daşıyıcıda təqdim olunan AZN və xarici valyuta köçürmələrinin yığılması, xarici valyuta köçürməsi mal alışı üçün olduqda, qabaqcadan ödəmə/YGB nömrəsinin elektron portalda yoxlanılması, müqaviləyə bağlılığı və qalıqlara nəzarət edilməsi;
-SWIFT formatlarda müştəri ödənişləri və banklararası əməliyyatların icrası;
-Internet Banking-da yığılan xarici valyuta ödənişlərinin sənədlərinin yoxlanılması və verifikasiyası, xarici valyuta köçürməsi mal alışı üçün olduqda, qabaqcadan ödəmə/YGB nömrəsinin portalda yoxlanılması, müqaviləyə bağlılığı və qalıqlara nəzarət edilməsi;
-İcra edilmiş xarici valyuta ödənişlərinə aid qabaqcadan ödəmə kodlarının və bəyannamə nömrələrinin gömrük portalında işlənməsi;
-Konsiqnasiya ilə bağlı sənədlərin yoxlanılması və gömrük portalında işlənməsi;
-Qabaqcadan ödəmə ilə bağlı sonradan təqdim edilən bəyannamələrin yoxlanılması və gömrük portalında işlənməsi;
-Vergi və məhkəmə orqanlarının məktublarının cavablandırılması;
-Azərbaycan Respublikasının qanunvericiliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının normativ aktlarına uyğun qaydada əməliyyatların aparılması və bununla əlaqədar bütün lazımi işlərin yerinə yetirilməsi;
Göstərilən tələblərə cavab verən namizədlər May ayının 31-dək öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Əməliyyat departamenti” qeyd etməyiniz vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Vakansiyalar
-
6 saat, 53 dəq
NOVCO Group of Companies korporativ satış mütəxəssisi axtarır
- 7 saat, 2 dəq
- 7 saat, 3 dəq
- 7 saat, 5 dəq
- 7 saat, 11 dəq