Ziraat Bank Azərbaycan bank əməliyyat sisteminə dəstək üzrə mütəxəssis axtarır
İşəgötürən: Ziraat Bank Azərbaycan
Vakansiya: Bank Əməliyyat Sisteminə dəstək üzrə mütəxəssis
Son tarix: 01 noyabr 2022
Vəzifəyə olan tələblər:
-İnformasiya Texnologiyaları və ya oxşar ixtisas üzrə Bakalavr dərəcəsində ali təhsil;
-Analitik təfəkkür və yüksək düşünmə qabiliyyəti;
-Bank sektorunda minimum 1 il iş təcrübəsi arzu olunandır;
-IT analitik və ya oxşar sahədə iş təcrübəsi;
-Komandada işləmək, individual qərarlar ala bilmək bacarığı;
-Biznesin tələblərini anlamaq;
-Avtomatlaşdırılmış proseslərdə (Biznes, İT) iştirak etmiş olmaq;
-Proqram təminatının təmin olunması prosesi haqqında biliklər;
-Problem həll etmə bacarığı və analitik təfəkkür.
Əsas vəzifələr:
-Texniki tapşırıqların IT və digər əməkdaşlar ilə müzakirə edilməsi;
-Bank sistemlərində istifadəçi rollarının dəyişdirilməsi, təyin olunması;
-Tələblərin izlənilməsi;
-Biznes tələblərinə görə hesabatların hazırlanması;
-Yeni funksionallığın test olunması və tətbiq olunması;
-Daxili sistemlərdə lazımi konfiqurasiyaların aparılması.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını Oktyabr ayının 31-dək [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “İT Əməliyyat Sistemi üzrə mütəxəssis” qeyd etməyiniz vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Vakansiyalar
-
2 gün, 13 saat, 4 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
4 gün, 11 saat, 56 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 4 gün, 12 saat, 30 dəq
- 5 gün, 6 saat, 36 dəq
- 6 gün, 1 saat, 50 dəq