“Zeytun Aptek” “Satınalma üzrə mütəxəssis” (Tibb sahəsi) axtarır

Satıcı

zeytunaptek vakansiya


“Zeytun Pharmaceuticals” apteklər şəbəkəsi “Satınalma üzrə mütəxəssis” ( Tibb sahəsi ) vəzifəsi üzrə vakansiya elan edib.
Tələblər:
-Ali təhsil;
– Tibbi preparatlar üzrə biliklər mütləqdir;
-Satınalma üzrə 2-3 il iş təcrübəsi;
-Microsoft Office proqramlarından və 1C proqramından sərbəst istifadə bacarığı;
– Azərbaycan, Rus və İngilis dillərində sərbəst danışıq qabiliyyəti;
Vəzifə öhdəlikləri:
– Yerli təchizatçılarla satınalma prossesinin vaxtında, müəyyən olunmuş prosedur-qaydalara uyğun şəkildə icra edilməsi;
– Məhsulun uyğun qiymətə, tələb olunan keyfiyyətdə və həcmdə vaxtda satınalınmasının təmin edilməsi;
– Sifarişlərin təşkili və idarə edilməsi;
– Satınalma strategiyasının hazırlanması, satınalma pressesinin ən əlverişli və peşəkar şərtlərlə həyata keçirilməsi;
– Potensial təchizatçıların müqayisəli şəkildə araşdırılması;
– Bazarın təhlili, tələb olunan məhsulların daxili bazarda araşdırmasının aparılması;
– Anbar qalığına, qalığının istifadə müddətinə nəzarət edilməsi;
– Alınan çeşidlər üzrə sənədlərin yoxlanılması;
– Təchizatçı bazasının hazırlanması və təhlil edilməsi;
– Yeni təchizatçılarla işgüzar münasibətlərin təmin edilməsi və inkişaf etdirilməsi;
– Müqavilələrin hazırlanması, müqavilə şərtlərinin müəyyən olunması və nəzarətdə saxlanılması;
– Ödəniş hesabatlarının hazırlanması, ödənişlərə nəzarət edilməsi;
– Ümumi xərclərə nəzarət edilməsi və aidiyyatı şəxslərə hesabat verilməsi;
İş şəraiti:
– İş yeri – BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı şəh., Zərifə Əliyeva küç., 93);
– 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
– Tibbi sığorta ilə təmin olunma;
– Nahar şirkət tərəfindən təmin olunur;
– Əmək haqqı müsahibə əsnasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir;
Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]