Yapi Kredi Bank kart və POS ödəniş sistemləri üzrə baş mütəxəssis axtarır
İşəgötürən: Yapi Kredi Bank
Vakansiya: Kart və POS ödəniş sistemləri üzrə baş mütəxəssis
Son tarix: 24 iyun 2022
Vəzifə öhdəlikləri:
-Yeni kart məhsulların “end to end” yaradılması və inkişafı;
-Elektron ticarət (eCommerce) xidmətinin tədbiqi, inkişafı;
-Visa, Mastercard ödəniş sistemləri ilə əməkdaşlığın inkişafı, yeni lahiyələrin müəyyənləşdırılməsi, tədbiqi və aparılması;
-Bankın əməkdaşlıq etdiyi yerli kart prosessinq sistemləri ilə əməkdaşlığın aparılması, inkişafı;
-Kart məhsullarının, Ekvairinq, POS terminal, ATM xidmətlərinin gəlir və xərc tərəflərinin müəyyənləşdirilməsi, hesablanması, nəzarəti;
-Bankın kart məhsullarının stabil qaydada işlənməsini təmin etmək, yaranmış texniki səhvləri müəyyənləşdirmək, aradan qaldırmaq;
-Bank kartlarının anbarını idarə etmək və müvafiq biznes tələblərini bilərək lazımi sayda kartlarla bankı təmin etmək;
-VTS və MDES xidmətlərinin bankda tədbiqi, nəzarəti, inkişafı;
-Tələb olunduğu halda Apple Pay və Google Pay xidmətlərinin bankda tədbiqi, nəzarəti, inkişafı;
-Tələb olunduğu halda Visa Money Transfer, MasterCard Moneysend və digər layihələrin aparılması, xidmətlərin tədbiqi, nəzarəti, inkişafı;
-Kart məhsullarına aid bütün biznes və bank daxili proseslərin müəyyənləşdirilməsində və tədbiqində fəal iştirak etmək;
-Müştərilərin tələblərinə cavab verən yeni kart məhsullarının, xidmətlərinin araşdırılması və tədbiq edilməsinə dair lazımi işlərin aparılması;
-Kart məhsulları üzrə bazarın araşdırılması və onların nəticəsi əsasında məhsulların və xidmətlərin inkişafı.
Namizədə tələblər:
-Ali təhsil;
-Bank sahəsində minimum 3 il təcrübə;
-Kart məhsullarının inkişafı sahəsində minimum 2 il təcrübə;
-Ödəniş sistemləri (Visa, Mastercard, Azericard, Millikart) ilə iş təcrübəsi;
-eCommerce, VTS, MDES xidmətlərinin tədbiqində praktikanın olması;
-Biznes yönümlü;
-Analitik düçüncə;
-Problemləri həll etmək bacarığı;
-Yeni kart məhsullunun end to end yaradılması bacarığı;
-Komandada işləmək və idarəçilik bacarığı.
CV-lərinizi [email protected] e-mail ünvanına göndərmənizi xahiş edirik.
Vakansiyalar
-
1 gün, 14 saat, 7 dəq
Discovering the Globe of VIP Online Casinos: An Exclusive Experience
-
1 gün, 15 saat, 3 dəq
Erkunden der Welt neuer Online-Glücksspielunternehmen: Ein umfassender Leitfaden
- 3 gün, 11 saat, 45 dəq
- 3 gün, 11 saat, 48 dəq
- 3 gün, 12 saat, 24 dəq