Xidmətlərin tətbiqi üzrə mühəndis tələb olunur
“Bakı Telefon Rabitəsi” MMC İnformasiya texnologiyaları departamentinin, Əlavə dəyər xidmətləri şöbəsində, Xidmətlərin tətbiqi üzrə mühəndis vakansiyası elan edib.
İş barədə məlumat:
– Şəbəkənin (multimedia xidmətlərinin) qurulma prinsiplərinin və rabitənin təşkili;
– Mövcud və yeni texnologiyaların iş prinsipini və tətbiqi;
– Optik, koaksial və Ethernet tipli rabitə xətlərinin növləri və strukturları;
– GPON və LTE texnologiyalarının,multimedia xidmətlərinin, ADSL internet kanalının, ayrılmış internet kanallarının (AİK), ethernet port xidmətlərinin tətbiqi;
– Sahədə quraşdırılan taksafon aparatlarının dislokasiyası üzrə təkliflərin verilməsi;
– Müvafiq sahə üzrə mövcud qayda və standartlara uyğun olmadan təşkil edilən telekommunikaiya xidmətlərin (danışıq trafikinin) aşkarlanması və qarşısının alınması ilə bağlı aidiyyəti qurumlarla birlikdə tədbirlər görülməsi;
– Cəmiyyətdə mövcud olan qayda və təlimatların tələblərinə uyğun fəaliyyət göstərmək;
Tələblər:
– Telekommunikasiya və ya texniki ixtisaslar üzrə ali təhsil;
– Aidiyyəti üzrə təcrübə;
– Yüksək səviyyədə Microsoft Office proqramlarında işləmək bacarığı;
– İdarəetmə və şifahi nitq qabiliyyətinə malik olmalı;
– Analiz və təhlil bacarığı;
– Problem həlli bacarıqları;
Maraqlanan şəxslər CV-lərini mövzu hissəsində “Xidmətlərin tətbiqi üzrə mühəndis” qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.
Vakansiyalar
-
19 saat, 28 dəq
Discovering the Globe of VIP Online Casinos: An Exclusive Experience
-
20 saat, 24 dəq
Erkunden der Welt neuer Online-Glücksspielunternehmen: Ein umfassender Leitfaden
- 2 gün, 17 saat, 6 dəq
- 2 gün, 17 saat, 9 dəq
- 2 gün, 17 saat, 45 dəq