Aparıcı elektrik mühəndisi tələb olunur

Mühəndis


İşəgötürən: PMD Project

Tam ştat

Təcrübə: 5-8 il

Təhsil: Bakalavr

Təsvir:

Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, elektrik sistemlərin ehtiyac və hədəflərə uyğunluğu barədə rəhbərliyə tövsiyələrlə birgə hesabat təqdim etmək;

Layihələndirmədə elektrik sistemlərin məlumatlarını, estetik, texniki tələblərə və ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və layihəçiləri bu tələblərə istiqamətləndirmək;

Layihələndirmədə elektrik sistemlərin məlumatlarının Azərbaycan Respublikası qanunvericiliyin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcə də əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək;

Komandanın bir üzvü kimi fəaliyyət göstərmək və layihələndrimə prosesinə daxil olan bütün tərəflərlə sıx əməkdaşlıq etmək;

Layihələndirmə müddətlərinin elektrik hissəsinin təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə iş qrafikinin layihələndirməyə aid iş həcmlərinə uyğunluğunu yoxlamaq;

Layihənin tender prosesinə texniki dəstək vermək, elektrik sistemlərinin spesifikasiyaları və iş həcmlərini yoxlayıb müvafiq texniki rəy vermək;

İstehsalatın elektrik sistemlərinin sınaq və yoxlamalarında, tikintinin təhvil-təslim prosesində iştirak etmək;

Tələb edildiyi halda layihənin bütün mərhələlərində elektrik sistemləri üzrə texniki sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək;

Layihələndirmədə elektrik sistemləri üzrə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsinin şirkətin müvafiq qaydalarına uyğun olaraq həyata keçirilməsini təmin etmək.

Tələblər:

Elektrik mühəndisliyi üzrə ali təhsil;

İş təcrübəsi:

Müvafiq sahə üzrə sifarişçi olaraq azı 2 il işləməklə minimum 5 il (tikinti və ofis) iş təcrübəsi;

Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili – yaxşı;

Kompüter bilikləri: MS Office, AutoCAD;

Tikinti normativ sənədləri barədə biliklər: AzDTN, EN, SNIP, IEC, BS, NFPA;

Yüksək ünsiyyət və komandada işləmək bacarığı Daimi və qısa müddətli ezamiyyətlərə açıq olmaq Vakansiya üçün buradan müraciət edə bilərsiniz.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]