SƏTƏM üzrə Mühəndis tələb olunur

Mühəndis


İşəgötürən – Norm OJSC



İş yeri: Zavod ofisi

Tələblər:

Əməyin mühafizəsi və ya buna bənzər sahədə ali bakalavr təhsili

SƏTƏM sahəsində 3-5 il iş təcrübəsi

Əməyin Mühafizəsi , Sanitariya və Gigiyena ,Ətraf Mühit və Ekologiya  ilə əlaqədar Yerli qanunvericiliyin və beynəlxalq standartlarla tələbləri barədə xəbərdar olmaq

ISO 45001; ISO 9001; ISO 14001 standartları haqda biliklər 

Ən azı orta səviyyədə ingilis dili biliyi

NVQ diplom, NEBOSH sertifikatının olması üstünlükdür

Tələb olunan kompetensiyalar:

Müştəriyönümlülük

Əməyin mühafizəsi qaydalarından xəbərdar olma

Bütövlük

Yenilikçilik

Əsas vəzifə və öhdəliklər:

Rəhbərliyin, işçi heyətin və subpodratçıların şirkətin SƏTƏM siyasətindən,qaydalarından xəbərdarlığının təmini üçün təlim və inkişaf proqramlarının təşkili və həyata keçirilməsi

OHSAS 18001 standartlarının tələblərinin yerinə yetirlməsinin təmini

Şirkətdə SƏTƏM fəaliyyətinin aylıq monitorinqi, qiymətləndirilməsi və icmalını təşkil etmək, müvafiq hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək

Gündəlik yoxlamalarına aparılmasına nəzarət

İstehsalatda və tikintidə baş verən bədbəxt hadisələrin araşdırılması, və Bütün Qəza Təhqiqat Hesabatlarının bağlanması prosesini tamamlamaq və əldə olunmuş nəticələri Sətəm üzrə Müdirə təqdim etmək

Qəza Ehtimalı/Risk/Müşahidə Hesabatlarını araşdırıb rəhbərliyə təqdim etmək

Mülki Müdafiə üzrə təlimlərin, Mülki Müdafiə ilə əlaqəli sənədlərin hazırlanması və icrası

Risklərin müəyyən edilməsi və nəzarət məqsədilə işə icazə sisteminin icrasının və risklərin qiymətləndirilməsinin təmin edilməsi

Yanğından mühafizə tədbirlərinin təşkili, yanğından mühafizə sistemlərinin işlək vəziyyətinin təmini

Fövqəladə hallar planının tərtibi, icrası və fövqaladə hallar komandasının işinə nəzarət

API Spec Q1, ISO 9001, OHSAS 18001 standartlarının tələblərinə cavab verən prosedur, təlimat, siyasət və formaların hazırlanması, tətbiqinin izlənilməsi və illik auditə hazırlıq

Şöbənin işçi seçimi və illik təlim planının hazırlanması

Şöbənin məqsədlərinin yerinə yetirilməsini təmin etmək üçün SƏTƏM üzrə Müdirə və komandaya effektiv SƏTƏM siyasətlərinin, təlimatlarının və prosedurlarının planlaşdırılması, əlaqələndirilməsi və həyata keçirilməsində dəstək olmaq

Şirkət və 3-cü tərəflərə əməyin mühafizəsi,və təhlükəsizlik məsələlərinin bütün aspektlərində dəstək vermək.

Təyin edilmiş SƏTƏM Mütəxəssislərinin iş öhdəlikləri baxımından öz vəzifələrini yerinə yetirmələrini və bütün podratçı SƏTƏM ilə eyni şəkildə əlaqə saxlamalarını təmin etmək

Təhlükəsizliyə aid bütün proqramların/prosedurların və sistemlərin bütün şöbə və podratçı bölmələrdə həyata keçirilməsini təmin etmək

Uyğunluğun təmin edilməsində birbaşa rəhbərə dəstək olmaq və biznes əməliyyatları sahələrində müntəzəm SƏTƏM auditini həyata keçirmək

Şirkətin şöbə və podratçı bölmələr üzrə bütün işçiləri əhatə edən təhlükəli iş təcrübələrini düzəltmək üçün sistemləri əlaqələndirmək və tətbiq etmək

Sağlamlıq və Əməyin təhlükəsizliyi qanunvericiliyi, uyğunluq məsələləri ilə birgə tətbiq edilən təşkilatı siyasət və təcrübələr ilə bağlı məsləhət və təlimat verməkdə dəstək göstərmək

CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə    [email protected]   adresinə göndərməyiniz xahiş olunur.

CV-lərin təqdim olunması üçün son tarix: 28.07.23

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]