Xidmət Əməliyyatları üzrə Mühəndis tələb olunur

Mühəndis


İşəgötürən – AZINTELECOM


Vəzifə öhdəlikləri:

Şəbəkə Əməliyyatları Mərkəzi üzrə baş vermiş hadisələrin və qəza siqnallarının idarə edilməsi, müvafiq proses və əməliyyat tədbirləri vasitəsilə şəbəkələrin dayanıqlığının təmin edilməsi, o cümlədən qəza hallarının nəzarətə götürülməsi və həll edilməsi;

Şəbəkə və Server avadanlıqlarının monitorinqi;

Şəbəkə problemlərinin monitorinqi, problemlərin vaxtında aradan qaldırılması və həll edilməsi üçün müştəridən insident haqda ətraflı texniki məlumatları toplamaq;

Effektiv TCP/IP şəbəkə bacarıqlarından istifadə edərək ümumi şəbəkə problemlərini təcrid etmək və diaqnoz qoymaq üçün şəbəkə nasazlıqlarının aşkarlanması və aradan qaldırılması;

Şəbəkə və Virtual maşınlar üzrə baş vermiş hadisələri təhlil edərək təsir səviyyəsinin müəyyən edilməsi,  müəyyən edilmiş qəza prioriteti əsasında dəstək sənədləşməsinin (trouble ticket) aparılması və problemin təhlili üçün icraçıya yönləndirilməsi;

Şəbəkədə və Server avadınlıqlarda baş verən alarm, nasazlıqları Layer1 səviyyəsində araşdırmaq;

L1-L2 səviyyəsində sonlana biləcək sorğuların mövcud topologiya və sistemə uyğun həllinin müştəriyə təqdim olunması;

L2 və daha yüksək “layer”lərdə sonlanacaq sorğuların operativ şəkildə və dəqiq təhlil edilərək ötürülməsi (escalte olunması);

L2 mühəndisləri ilə sorğu üzərindən interaktiv iş prosesinə bələd olmaq və onların gözləntilərini üstələmək;

Müştərilər ilə L2 mühəndislər arasında düzgün kommunikasiya quraraq sorğuların düzgün təhlil edə bilmək;

Müştərilərə Bulud xidmətləri üzrə ilkin texniki dəstək;

Telefon və digər elektron vasitələrlə qəbul edilmiş idarə edilən xidmətlərlə bağlı texniki yardım barədə sorğuların cavablandırılması;

Müştərilərdən daxil olan sorğuları qəbul etmək və müəyyən edilmiş SLA-lara uyğun olaraq ticket sistemində hadisələr və sorğular üçün bütün fəaliyyəti qəbul etmək zərurəti yarandıqda L2 səviyəli mühəndislərə həlli üçün yönəltmək;

Növbə üzrə texniki operatorların iş prosesinə lazımi qaydada nəzarət etmək;

İnteraktiv ünsiyyət, komanda şəklində çalışmaq qabiliyyəti və sənədlərin idarəolunması prosesləri vasitəsi ilə iş prosesinin təşkili.

Tələb olunun biliklər:

Ali təhsil (Sahə üzrə ali təhsilin olması arzuolunandır)

Data Mərkəzi obyektləri əsas şəbəkələr, transmissiya, server, hesablama və saxlama sistemləri haqqında texniki biliyə malik olmaq;

Şəbəkə texnologiyaları haqqında anlayış və şəbəkə protokolları ilə işləmə təcrübəsi;

vCenter / vSphere / Backup həlləri haqqında məlumatlılıq;

Kompüter, hardware avadanlıqlarının  işləmə mexanizmini yüksək səviyyədə bilmə və problem yaşandığı anda effektiv, səmərəli şəkildə nasazlıqları aradan qaldırmaq bacarığı;

Bulud texnologiyaları və bulud həlləri haqqında məlumatlılıq;

Şirkətdaxili prosesləri oxumaq, izləmək və öz təkliflərini ifadə etmək bacarığı;

Cisco , Palo Alto , VMWare sertifikatların hər hansı biri və ya ekvivalent biliyin olması arzu olunandır;

Güclü yazılı və şifahi ünsiyyət bacarıqları sayəsində müştəriyönümlü xidmət;

Müvafiq sahə üzrə 3 il və daha çox iş təcrübəsi

Dil bilikləri:  Azərbaycan dili; rus və ya ingilis dilləri (yaxşı səviyyədə)

İş rejimi: Növbəli 24/7

Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək    [email protected]   e-mail ünvanına göndərə bilərlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]