Mühəndis-elektronçu tələb olunur

Mühəndis


İşəgötürən – Performance Center Co

Vəzifələr:

Nasazlıqların diaqnostikasının aparılması;

Diaqnostika nəticələrinə uyğun olaraq avtomobildəki nöqsanların səbəblərini müəyyən edilməsi və onların aradan qaldırılması üçün tədbirlərin görülməsi;

Kontrollerlərin diaqnostikası, təmiri və proqramlaşdırılması

Avtomobillərin elektron idarəetmə bloklarının diaqnostikası, təmiri və proqramlaşdırılması;

Hər növ elektrik avadanlıqların quraşdırılması və təmiri;

Təmir proqramlarının istifadəsini bacarmaq;

Bu proqramlar vasitəsilə avtomobildə olan elektron nasazlıqları təyin etmək;

İstehsalçıların təmir texnologiyalarına riayət etmək;

Daxili prosedurlara  və nizam – intizam qaydalarına riayət etmək;

İş yerinin təmiz və səliqəli saxlamaq, əmək və yanğın təhlükəsizliyi qaydalarına əməl etmək.

Tələblər:

Təhsil: Ali 

3-5 il iş təcrübəsi;

Avtomobillər haqqında məlumatlı olmaq;

Alət və avadanlıqlardan düzgün istifadə etmə bacarığı;

Avtomobildən idarə etmə bacarığı;

Müasir komponentlər bazası haqqında biliklər

Elektrik diaqramlarını oxumaq bacarığı

Analoq sxemləri başa düşmək bacarığı

Məlumat vərəqini oxumaq bacarığı

Osiloskop və ölçü alətləri, lehimləmə stansiyası ilə iş təcrübəsi

Komponent səviyyəsində elektron lövhələrin diaqnostikasında təcrübə

BGA / SMD mikroprosessorlarını lehimləmək (montaj / sökmək) bacarığı

Məsuliyyətli və komandada işləmək bacarığı.

İş şərtləri:

İş qrafiki: Həftədə 6 gün, 09:00-dan 18:00-dək

Əmək haqqı: 1000-1500 AZN

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini  məktubun mövzu hissəsində “Mühəndis-elektronçu” qeyd etməklə    [email protected]   elektron ünvanına göndərmələri xahiş olunur.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]