İnşaat üzrə Baş Mühəndis tələb olunur

Mühəndis


İşəgötürən – Norm OJSC



İş yeri: Qaradağda yerləşən zavod ofisi (Müəyyən günləri iş öhdəliklərini evdən iş rejimində yerinə yetirmək imkanı var)

Tələblər:

İnşaat və tikinti sahəsində ali təhsil;

Əlaqədar sahə üzrə minimum 3-5 il iş təcrübəsi;

Layihələrin  idarə olunması bacarıqlarına sahib olmaq

Büdcə hazırlanması və idarə olunması bilikləri

İngilis dilini yaxşı səviyyədə bilmək; 

Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarından xəbərdar olmaq

MS Office proqramlarını yaxşı səviyyədə bilmək, SAP bilikləri arzuolunandır;

Vəzifə və Öhdəliklər:

Müqavilə üzrə ərazidə və ərazidən kənar aparılan bütün işlərə görə təsvirlərdə  və spesifikasiyalarda tələb olunan tikinti keyfiyyətinə nail olmaq üçün lazım olan miqyaslı və xarakterli bütün gündəlik yoxlama və testlərin həyata keçirilməsi.

Ərazidə keyfiyyəti ilə əlaqədar işlərin bütün prosedurların  təsdiq edilmiş metodologiya və təftiş planına müvafiq şəkildə yoxlanılması və yerinə yetirilməsi .

Uyğunsuzluq hesabatının bağlanması da daxil olmaqla yoxlama və keyfiyyət problemləri ilə bağlı iclaslarda iştirak.

Sertifikatlar, kalibrləmə, test nəticələri, uyğunsuzluq hesabatları və ərazi təlimatı / müşahidələri, təslim edilmiş daimi materiallar  və  digər sənədləri daxil olmaqla, bütün layihənin keyfiyyətə nəzarət və keyfiyyətə zəmanət sənədlərinə nəzarət etmək. 

Həyata keçiriən bütün işlərin keyfiyyətinə və peşəkarlığına görə məsuliyyət daşımaq; 

Tikinti, memarlıq və strukturla əlaqəli müasir mühəndislik quruluşunun bütün mərhələləri üzrə ətraflı biliklərə sahib olmaq.

Layihənin spesifikasiyasına əsasən risk qiymətləndirilməsi ,əməyin  təhlükəsizliyi üzrə ətraf mühitin təhlili və Təftiş Testi Planı və Yoxlanma siyahsı daxil olmaqla fəaliyyət metodunun hazırlanması.

Ərazidə RQP-Layihə Keyfiyyət Planına əsasən qabaqcadan təyin olunmuş zamanda  daxili audit keçirilməsi.

Lazımi keyfiyyətə nəzarət və keyfiyyətə zəmanət prosedurlarının hazırlanması.

İstənilən keyfiyyət tutma nöqtələri / yoxlamalar / testlər və ya digər müştəri tərəfindən təyin edilmiş fəaliyyətlərin həyata keçirilməsi.

Materialların yoxlanılması, seqreqasiyası və izlənməsi.

Prosesin bütün mərhələlərində qaynaq yoxlamaların aparılması və təhvil alınması

Müvafiq təlimatına və təsvirlərə uyğun olaraq mexaniki qurğuların quraşdırılmasının yoxlanılması

Boru kəmərinin yoxlanılması, sızma yoxlanışı və boru kəmərləri standartları və təsdiq edilmiş təsvirlərə uyğun olaraq müxtəlif boru sistemlərin yenidən qurulması

İstehsalat yoxlama fəaliyyətləri (Ölçü Təftiş Verifikasiyası, FAT və s.)

Lazım olduqda sub-müqavilə nəzarət fəaliyyətlərini həyata keçirilməsi.

3-cü tərəf inspeksiyalarının koordinasiyası.

Təsdiq edilmiş layihə Təftiş və Test Planlarının da təsdiqlənməsinin, imzalanmasının, yoxlama və sınaq prosesinin müvafiq mərhələlərində olmasının təmini.

CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə   [email protected]  adresinə göndərməyiniz xahiş olunur.

Son Müraciət Tarixi: 07.10.23

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]