Planlama mühəndisi axtarılır

Mühəndis


İşəgötürən – Sea Breeze Construction



Əmək haqqı: 2000 AZN.

Vəzifə öhdəlikləri:

Tikinti Layihələri üzrə planlaşdırma (layihələr üzrə iş qrafiklərinin hazırlanması);

Müvafiq Layihənin analiz edilməsi və müvafiq vaxt qrafiki və büdcənin hazırlanması;

Xüsusi proqram vasitəsi ilə (Primavera və ya Ms. Project) iş Həcmi və son tarixləri əhatə edən Tikinti Layihə qrafikinin və mobilizasiya qrafikinin hazırlanması;

Tender sənədlərinin hazırlanmasında iştirak etmək;

Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi;

Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün İnşaat mühəndisləri ilə müzakirələrin aparılması, gecikmələrin aradan qaldırılması üçün yenidən planın güncəllənməsi;

İşlərin planlaşdırılmış büdcə və vaxt ərzində reallaşması üçün proqnozlaşdırma və ehtimalların dəyərləndirilməsi;

Layihə üzrə material, işçi heyəti resurslarının müəyyən edilməsi və hesablanması, müvafiq hesabatların tərtibi və icrasına birbaşa nəzarət;

Layihənin gedişatı əsasında günlük, həftəlik və aylıq hesabatların hazırlanması;

Subpodratçıların apardığı işlərin plan qeydiyyatını və plan üzrə işlərin görülməsinə nəzarət etmək;

Namizədə tələblər:

Müvafiq sahədə ali təhsil;

Sahə üzrə minimum 3 il iş təcrübəsi;

MS Office bilikləri;

İş yeri:

Nardaran qəsəbəsi, Dəmiryolçular küçəsi.

Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin olunur.

İş vaxtı:  I-VI günlər 

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər, növbəti   [email protected]    elektron ünvana CV göndərə bilərlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]