Planlama mühəndisi axtarılır

Mühəndis


İşəgötürən – Ramco CJSC

Namizədə olan tələblər: 

Mühəndislik sahəsi üzrə ali təhsil (inşaat mühəndisliyi üzrə təhsil üstünlükdür);  

Planlaşdırma mühəndisi vəzifəsində, inşaat sektorunda ən azı 3 illik təcrübə;

Azərbaycan və İngilis dillərini mükəmməl bilmək, Rus dili arzuolunandır; 

Layihə Planlama Proqramları (Primavera P6) üzrə peşəkar biliklər; 

Bir neçə tapşırığı eyni zamanda görə bilmək və stress altında işləyə bilmək bacarığı; 

Güclü analitik və məntiqi düşünmə bacarıqları; 

İşgüzar səfərlərə ezam olunmaq imkanı. 

Vəzifə öhdəlikləri:  

Tikinti Layihələri üzrə planlaşdırma (layihələr üzrə iş qrafiklərinin hazırlanması);  

Müvafiq Layihənin analiz edilməsi və müvafiq vaxt qrafiki və büdcənin hazırlanması; 

Xüsusi proqram vasitəsi ilə (Primavera P6) iş həcmi və son tarixləri əhatə edən tikinti layihə qrafikinin və mobilizasiya qrafikinin hazırlanması; 

Tender sənədlərinin hazırlanmasında iştirak etmək;  

Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi; 

Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün inşaat mühəndisləri ilə müzakirələrin aparılması, gecikmələrin aradan qaldırılması üçün yenidən planın güncəllənməsi;  

İşlərin planlaşdırılmış büdcə və vaxt ərzində reallaşması üçün proqnozlaşdırma və ehtimalların dəyərləndirilməsi;  

Layihə üzrə material, maşın-mexanizm, işçi heyəti resurslarının müəyyən edilməsi və hesablanması, müvafiq hesabatların tərtibi və icrasına birbaşa nəzarət; 

Layihənin gedişatı əsasında günlük, həftəlik və aylıq hesabatların hazırlanması; 

Pul axını üzrə analiz və proqnozların hazırlanması.   

İş şərtlərimiz:

Əmək haqqı: 2000-2500 AZN;  

İş qrafiki : Tam iş günü (5 gün);

İş saatları: 08:30-17:30.   

Ünvan: Yasamal ray., Mətbuat pros., Mirəli Seyidov küçəsi 28\30 (21 nömrəli məktəbin yaxınlığı).    

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Planlama mühəndisi” yazaraq    [email protected]   adresinə göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən  namizədlərlə əlaqə saxlanılacaqdır.      

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]