Şirkət smeta üzrə kiçik mühəndis axtarır

Mühəndis


İşəgötürən: Melissa Group

Vakansiya: Smeta üzrə kiçik mühəndis

Son tarix: 28 aprel 2022

Vəzifə öhdəlikləri:

-Tikinti üzrə verilmiş memarlıq və konstruktiv həllər əsasında smetaların tərtib edilməsi;

-Metodiki və normativ materialların, texniki sənədlərin, eləcə də işlənib hazırlanmış layihə və proqramların yerinə yetirilməsi üçün tədbirlər və təkliflərin işlənib hazırlanması;  

-İnşa olunacaq obyektlər üzrə komplektləşdirilmiş layihə-smeta sənədlərinin olmasını və onların, təyinatına əsasən, tikinti-quraşdırma işlərinin icrası üçün verilməsinin təmin edilməsi;

-Tikintidə istifadə olunan materialların smeta və norma sənədlərində spesifikasiyası üzrə adlandırılmasını, anbar və mühasibat uçotunda eyniadlı material lüğətindən istifadəni təşkil etmək;

-Tikintidə istifadə olunan materialların təyinatı üzrə klasifikasiya və nomenklatura qrupıaşmalarını yaratmaq.

-Tikinti ərazisinə baxış keçirilməsi, layihə və cari kəmiyyətlər üzrə fərqlərin müqayisə olunub aşkar edilməsi;

-Layihəyə dair aylıq texniki hesabatların hazırlanması (Forma 2, Forma 3, Fоrmа N (М-29), Xərc analizi)

Bilməlidir:  

-Azərbaycan Respublikasının ərazisində mövcud tikinti norma və qaydaları, eləcə də, müvafiq normativ hüquqi aktlarını;

-Layihə-smeta sənədlərinin işlənib hazırlanmasının təşkilini, onların razılaşdırma və təsdiq etmə qaydalarını;

-Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını.

Vəzifəyə dair tələblər:

-Müvafiq sahədə 5 ildən az olmayan iş təcrübəsi;  

-İnşaat mühəndisliyi üzrə ali təhsil; 

-Eskiz və işçi layihəni oxuma bacarığı; 

-Kompyuter biliyi: yüksək səviyyədə MS Excel, AutoCad biliyi, internetdə işləmək bacarığı;

-Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verilməsi; 

-Müstəqil və ya komanda daxilində işləmək bacarığı;

-Fikrini detallar üzərində cəmləşdirmək və bir necə işi eyni zamanda aparmaq bacarığı.

Digər məlumat:

-5 günlük iş qrafiki. 

-Əmək haqqı: 800-1000 AZN 

-Cinsi : Kişi

-Yaşı : 28-50

-Dil biliyi : Az,Rus

CV-lərinizi [email protected] ünvanına “smeta üzrə kiçik mühəndis” başlığı ilə göndərməyiniz və ya https://melissagroup.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur.  

Yalnız qeyd olunan tələblərə cavab verən namizədlərə geridönüş ediləcəkdir. 

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]