Mühəndis-konstruktor axtarılır

Mühəndis


İşəgötürən – Matanat A

İşin təsviri:

Tikinti materialları istehsal edən avadanlıqların və hissələrinin, AutoCad proqramı (və ya Solidorks) üzərindən layihənin hazırlanması və tabeliyində olan mütəxəssislərin detalları, hissələri eskizə uyğun hazırlamasına nəzarət edilməsi;

Konstruksiyaların  layihəyə uyğun smetasını hazırlanması;

İşçilik və material sərfini lazımi stukturlara təqdim edilməsi;

Tələblər:

Təhsil: Ali təhsil 

İş təcrübəsi: 5 il;

Dil bilikləri: Azərbaycan, digər xarici dillər üstünlükdür

Sertifikatlar – Mühəndis/Maşınqayırma sahəsi üzrə

 Kompüter bilikləri: Word, Excell, AutoCad, PowerPoint, AutoCad-Invertor, Solidworks     

Layihələndirmə və proyekt hazırlama bacarığı 

Layihələrin planlaşdırılması (layihələrin ana və detallı iş qrafiklərinin hazırlanması);

Mütəmadi olaraq layihənin effektivliyini izləmək və təhlil etmək;

Layihənin material, avadanlıq-mexanizm, işçilik ehtiyaclarını müəyyən etmək, ehtiyac hesabatlarının sənədləşməsi  və alışını icra edən müvafiq stukturlara istiqamət verilməsi  və icrasına birbaşa nəzarət etmək;

Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi;

Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün sex mühəndisləri ilə müzakirə aparmaq, gecikən işləri yenidən planlanmaq;

Mütəxəssislərin  apardığı işlərin plan qeydiyyatı və plan üzrə işlərin görülməsinə nəzarət;

Problem həll etmə, analitik düşünmə qabiliyyəti;

İşgüzar ünsiyyət bacarığı;

İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, səliqəli, diqqətli, müstəqil və qrup daxilində işləmək bacarığı

İstehsalatda layihə-smeta işlərinin təşkili üzrə, rəhbər tutulan metodiki, normativ sənədləri;

Namizədin şəxsi keyfiyyətləri:

Fikrini izah etmək qabiliyyəti    

İşə planlı yanaşması                           

Ünsiyyət yaratmaq bacarığı  

Detallara diqqət yetirməli

Fəal olması 

İşinə məsuliyyət və xüsusi diqqətlə yanaşmalı

İş şəraiti ilə bağlı:

İş yeri: Hacıqabul

İş rejimi: 6 günlük

Korporativ nömrə şirkət tərəfindən təmin olunur

Nahar şirkət tərəfindən təmin olunur.

CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək      [email protected]   adresinə göndərməyiniz xahiş olunur.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]