“Xərclərə nəzarət üzrə mütəxəssis” tələb olunur

Mütəxəssis


“STP Global Cable” MMC Maliyyə Departamentinin “Xərclərə Nəzarət bölməsinə Mütəxəssis” vakansiyası elan edir.

“STP Global Cable” MMC, STP Şirkətlər Qrupunun nəzdində yaradılan Biznes vahidlərindən biridir. Tərkibinə Kabel və Elektrik Avadanlıqları zavodları daxildir. Şirkətin istehsal sahəsi ümumilikdə 7 hektardan çox qapalı ərazidən ibarətdir.

Tələblər:

-Maliyyə, mühasibatlıq və ya iqtisadiyyatın idarə edilməsi sahəsində ali təhsil;

-Sahə üzrə ən azı 2 illik iş təcrübəsi;

-MS Office və mühasibatlıq proqramlarından yaxşı səviyyədə istifadə bacarıqları;

-İdarəetmə, ünsiyyət, işgüzarlıq və əməkdaşlıq qabiliyyəti;

-Milli və beynəlxalq uçot standartları üzrə biliklər;

-Əla səviyyədə Azərbaycan dili, orta səviyyədə Rus və İngilis dili biliyi;

-ACCA sertifikatlarının olması üstünlükdür.

-İstehsalat sahəsində mühasibatlıq təcrübəsi arzu olunandır.

Hansı işləri görəcəksiniz:

-Məhsulların plan maya dəyərinin tərtib olunması;

-Plan maya dəyərini təşkil edən xərc elementləri ilə bağlı əlaqəli şöbə və struktur bölmələri ilə qarşılıqlı informasiya mübadiləsi;

-LME qiymətlərinin gündəlik nəzarədə saxlanılaraq mis və alüminium qiymətlərinin qeydə alınması və qaydalara uyğun olaraq kalkulyasiya hesabatlarının yenilənməsi;
-Məhsullar üzrə prays-listin tərtib olunması, yenilənməsi, elektron poçt vasitəsi ilə yenilənmiş praysın lazımi ünvanlara göndərilməsi;

-Yenilənmiş praysın ERP sisteminə işlənməsi;

-Satışdan və digər şöbələrdən daxil olan sorğuların əsaslandırılmış şəkildə operativ cavablandırılması;
-Maya dəyərini təşkil edən xərc elementlərinin plan fakt təhlili;

-Layihə-dəyərləndirmə hesabatlarının hazırlanmasında iştirak etmək;
-Gündəlik tərtib olunmuş Layihə-dəyərləndirmə hesabatlarının linkləşdirilməsi;

-Struktur bölmə rəhbəri tərəfindən vəzifə ilə bağlı digər tapşırıqların yerinə yetirilməsi.

Nə əldə edəcəksiniz?

-Regionun ən böyük sənaye şirkətlər qrupunda işləmək imkanı;
-Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;

Əlavə məlumatlar:

-Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
-Şirkət tərəfindən naharla və nəqliyyatla (servis) təmin edilmə;
-Tibbi sığorta mövcuddur;
-İş vaxtı: Bazar ertəsi – Cümə, 09:00 – 18:00;

-İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Xərclərə nəzarət üzrə mütəxəssis” yazaraq 14.03.2023- ci il tarixinədək [email protected] ünvanına göndərilməsi xahiş olunur.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]