Xarici satınalma üzrə mütəxəssis axtarılır

Karvan – L şirkəti Xarici satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
-Elan tarixi: 21.04.2022
-Bitmə tarixi: 21.05.2022
-Şirkət: Karvan-L
-Ərazi: Bakı
-Əmək haqqı: 800 — 1500 ₼
-Staj: 3 il
-Yaş həddi: 27 — 40 yaş
-Təhsil: Natamam ali təhsil (bakalavr)
-İş rejimi: Tam iş günü (5 gün)
-Müqavilə: Əmək müqaviləsi
Maraqlanan namizədlər mövzu yerində “Xarici Satınalma üzrə mütəxəssis” yazmaqla öz CV-lərini e-mail adresinə [email protected] göndərə bilərlər.
-Əlaqə nömrəsi: 055 493 70 04
-Əlaqədar şəxs: Leyla x.
Vəzifə öhdəlikləri:
Lazımi materialları / xidmətləri xarici bazarda tədarük etmək, qiymətləndirmə aparmaq və xərcləri optimallaşdırmaq üçün təkliflər vermək;
Logistikanın təşkili üçün qiymət araşdırılması
Mallar üzrə texniki məlumat və qiymət araşdırılmasının aparılması;
Davamlı və başa çatdırılmış işlər barədə vaxtaşırı hesabatların hazırlanması
Satınalma fəaliyyəti və xərcləri barədə hesabatların verilməsiSatın alınmış xammal, mal və materialların məlumat bazasını hazırlamaq və yeniləmək, şirkətin xarici təchizat xərclərinə nəzarət etmək və aidiyyati şəxslərə hesabat vermək;
Satınalmalar üçün rəqabətli qiymət sorğusu sisteminə nəzarət etmək;
Struktur bölmələrdən daxil olan satınalma sifarişlərinin vaxtında və tələb olunan keyfiyyətdə icrasını təmin etmək
Tədarükçülərlə müqavilələrin bağlanması, müqavilə şərtlərinin müəyyən edilməsi və müqavilə şərtləri üzrə öhdəliklərin vaxtında icra edilməsinə nəzarət edir
Satınalma sifarişlərinin, müqavilələrin və digər lazımi sənədlərin reysterinin aparılmasını, davamlı olaraq monitorinq olunmasını təmin etmək
Təchizat müqavilələri və sazişləri üçün risklərin idarə edilməsini həyata keçirmək
Faydalı şərtləri təmin etmək üçün xarici və daxili satıcılarla danışıqlar aparmaq
Təchiz olunan malların və xidmətlərin keyfiyyətinə nəzarət etmək
Tədarükçülərin seçimi və qiymətləndirilməsi üçün tabe olduğu rəhbərliyə sorğu üzrə müqayisə cədvəllərini təqdim etmək
Satınalma prosesində yarana biləcək çətinliklərin / uyğunsuzluqların aradan qaldırılması və ya bu istiqamətdə işlərin koordinasiyası
Bazar araşdırmalarının aparılması və yeni tədarükçülərin tapılmasını təmin etmək
Mövcud sifarişlər və tədarük əlaqələri haqqında araşdırma aparmaq
Mallar, materiallar, komponentlər və ya xidmətlər üzrə müəyyən edilmiş qiymət, keyfiyyət və çatdırılma hədəflərinə uyğun olaraq satınalmanı həyata keçirtmək
Qiymət, malların keyfiyyəti, son tarixlər, gözləntilər və s. haqqında təchizatçılarla danışıqlar aparmaq
Alışların aylıq analizləri və hesabat formasının hazırlanıb təqdimatı
Namizədə tələblər:
Şirkət elmi istehsalat sahəsi olduğu üçün, texniki kimya və loğistika sahəsində təcrübəli namizədlərin olması üstünlükdür
Ali təhsil : maliyyə, təchizat üzrə (xarici təhsilə üstünlük verilir)
İş təcrübəsi əlaqəli sahədə 3 ilə qədər
İngilis, Rus və Azərbaycan dillərini (şifahi və yazılı) mükəmməl bilmə
Şifahi və yazılı ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı
Komanda ilə işləmək bacarığı
Analitik düşünmə və komanda ilə işləmə bacarığı
Analiz və idarəetmə bacarığı
Xanım namizədlərə üstünlük verilir.
AR üzrə sənədləşmə
5 günlük iş qrafiki, ünvan:, Babək prospekti
Əmək haqqı: 800-1500 AZN (təcrübəyə görə dəyişir)
Vakansiyalar
- 1 ay, 3 həftə, 1 gün, 15 saat, 56 dəq
-
2 ay, 3 gün, 11 saat, 27 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 2 ay, 1 həftə, 19 saat, 25 dəq
- 2 ay, 1 həftə, 4 gün, 19 saat, 15 dəq
- 2 ay, 1 həftə, 4 gün, 19 saat, 18 dəq