Xalq Bank müştəri xidməti şöbəsinin mütəxəssisi axtarır (Göyçay)

İşəgötürən: Xalq Bank
Vakansiya: Müştəri xidməti şöbəsinin mütəxəssisi (Göyçay)
Son tarix: 28 may 2022
İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə
Şəhər: Göyçay
Nami̇zədə Dai̇r Tələblər:
-Maliyyə, İqtisadiyyat, Menecment və hüquq sahəsində ali magistr təhsili;
-Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
-Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır;
-Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq;
-Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;
-Riyazi hesablama aparmaq qabiliyyəti;
-Mükəmməl kommunikasiya və insanları inandırma qabiliyyəti;
-Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
-Yüksək qavrama və öyrənmə qabiliyyəti;
-İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
-İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
-Kompüter bilikləri.
İşi̇n Təsvi̇ri̇:
-Müştərilərin müraciətlərini cavablandırmaq, bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat və məsləhətlər vermək;
-Müştərilərin eyniləşdirilməsini təmin etmək, onlara müvafiq hesablar açmaq (hesabları bağlamaq), hesab sahibinin tapşırıqlarına əsasən müvafiq əməliyyatların aparılmasını təmin etmək;
-Əməliyyatın aparılması üçün müştərilərin təqdim etdiyi sənədləri (müqavilələri, hesab-fakturaları və digər sənədləri) yoxlamaq;
-Müştərilərin istəyinə uyğun olaraq onlara hesab qalıqları barədə arayış və çıxarış tərtib edərək təqdim etmək;
-Cari sənədlərin yığılması, saxlanılması və arxivləşdirilməsini həyata keçirmək.
QEYD: Tələblərə uyğun olmayan və mail-da “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” – lərə baxılmayacaq. CV – lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.
Əlaqə vasitələri:
E – mail: [email protected]
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34
Vakansiyalar
- 14 saat, 5 dəq
- 1 gün, 15 saat
- 1 gün, 15 saat, 14 dəq
- 2 gün, 9 saat, 37 dəq
- 2 gün, 9 saat, 42 dəq