Veysəloğlu Şirkətlər Qrupu sistem və şəbəkə təhlükəsizliyi inzibatçısı axtarır

İşəgötürən: Veysəloğlu Şirkətlər Qrupu
Vakansiya: Sistem və Şəbəkə Təhlükəsizliyi İnzibatçısı
Son tarix: 20 iyul 2022
Tələblər:
-Ali təhsil (müvafiq sahə üzrə arzuolunandır);
-Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
-Şəbəkə, sistem, təhlükəsizlik avadanlıqları və bu avandalıqların əməliyat sistemləri üzrə anlayışlar;
-NGF, CCSP, CCNA, CompTIA Security+ bilikləri və tətbiq etmə qabiliyyəti.
-Yüksək səviyyədə Azərbaycan və ingilis dili diliyi;
-Analitik təhlil, çevik qərarvermə, təşkilatçılıq və komandada işləmə bacarığı.
Əsas vəzifə öhdəlikləri:
-Şirkətin serverlərində İT təhlükəsizliyi inzibatçılığını həyata keçirmək;
-Sistem və şəbəkə təhlükəsizliyi sazlamalarını həyata keçirmək;
-Fayrvol avadanlıqlarında icazələrin verilməsini təmin etmək;
-Fayrvol və digər təhlükəsizlik avadanlıqlarının, eləcə də servislərin işlək olmasını təmin etmək və loqlama mexanizmlərini konfiqurasiya etmək;
-Şirkətin layihələrində kibertəhlükəsizlik nəzarətlərinin və tələblərinin formalaşmasında iştirak etmək.
Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Sistem və Şəbəkə Təhlükəsizliyi İnzibatçısı” yazmaqla, öz CV-lərini göndərə bilərlər.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 1 saat, 34 dəq
- 1 saat, 54 dəq
- 2 saat, 11 dəq
-
2 saat, 18 dəq
“Bank of Baku” Şəki, Xaçmaz və Şirvan filiallarına işçi axtarır
- 2 saat, 26 dəq