Veysəloğlu Şirkətlər Qrupu sistem İnzibatçılığı üzrə şöbə müdiri axtarır
İşəgötürən: Veysəloğlu Şirkətlər Qrupu
Vakansiya: Sistem İnzibatçılığı üzrə Şöbə Müdiri
Son tarix: 05 oktyabr 2022
Tələblər:
-M365 environment üzrə administrativ biliklər (Exchange online, Sharepoint, MS Teams və s)
-Windows Server 2016, 2019 environment biliklər
-Vmware Virtualization Systems üzrə administrativ biliklər
-Dell, Huwaei, HP fiziki server və strorage üzrə administrativ biliklər
-Windows Server servisləri haqqında administrativ biliklər (LAPS. AD DS, FS, PKİ, FS, WSUS, IIS, TS və s.)
-Database xidmətləri üzrə ümumi biliklər.
-Backup sistemləri üzrə administrativ biliklər
-Monitoring sistemləri üzrə administrativ biliklər
-Qeyd olunan istiqamətlər üzrə (Azure, Office365, other Microsoft and Linux based certifications) Beynəlxalq Serifikatlı mütəxəssislər müəyyən üstünlük qazanacaqdır.
-İş stajı 3 ildən yuxarı.
Öhdəlikləri:
-Şöbənin fəaliyyət istiqamətləri üzrə işini təşkil edir, işinin təkmilləşdirilməsi ilə bağlı təkliflər verir.
-Bulud və Lokal informasiya sistemlərini, servislərini quraşdırır və köklənməsi işini təşkil edir.
-Əlaqəli layihələrdə iştirak edir, server infrastrukturunun, informasiya resurslarının seçilməsi, qurulması, dəstəklənməsi metodu barədə təkliflər verir.
-Server infrastrukturuna və informasiya resurslarına nəzarət və təkmilləşmə işlərində dəyişikliklərin idarə olunması prosesini və icra mexanizmlərini tətbiq edir.
-Serverlərinin sayının, yerləşməsinin, əməliyyat sistemlərinin optimallaşmasının, effektivliyinin və səmərəliliyinin artırılması, təmini üzrə təkliflər verir.
-Şirkətdə kiritik serverlərin və informasiya resurslarının müəyyən edilməsi və təsnifləşdirilməsi üzrə təkliflər verir.
-Serverləin təhlükəsiz standartlarına uyğun dəstəklənməsi işini təşkil edir.
-Server infrastrukturunda insidentlərin diaqnostikası və aradan qaldırılması prosesini təşkil edir.
-Serverlər və informasiya resurslarında risklərin qiymətləndirilməsi üzrə təkliflər verir.
-İT İdarəçilik üzrə qayda və prosedurları işində tətbiq edir.
-Serverlərin və informasiya sistemlərinin fasiləsiz fəaliyyəti üçün Şirkətin Ehtiyat Mərkəzlərində işin təşkilində iştirak edir.
-Şirkətin əməliyyatlarının dayanıqlığı və qəzalardan bərpa planlaşdıırlmasında, testləşdirilməsində və icrasında iştirak edir.
-Fəaliyyət istiqaməti üzrə şöbəyə daxil olan ərizə, təklif və şikayətləri araşdırır və cavablandırır.
-Şöbənin məsuliyyət zonasına düşən sahələrdə informasiya təhlükəsizliyinin qorunması üçün müvafiq tədbirləri təşkil edir.
-Şöbə əməkdaşlarının vəzifə təlimatına əsasən funksiyalarının icrasına nəzarət edir.
-Şöbə əməkdaşlarının təlimini, maarifləndirilməsini və peşəkarlıqlarının artırlmasını təşkil edir.
-Vəzifəsi üzrə departament müdiri tərəfindən verilən tapşırıqları yerinə yetirir.
Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Sistem İnzibatçılığı Şöbə Müdiri” yazmaqla, öz CV-lərini göndərə bilərlər.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
-
2 ay, 2 həftə, 1 gün, 16 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 2 həftə, 4 gün, 1 saat, 11 dəq
- 7 ay, 2 həftə, 4 gün, 3 saat, 4 dəq
- 10 ay, 3 həftə, 1 gün, 21 saat, 49 dəq
-
11 ay, 3 gün, 17 saat, 20 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır