Satış müdiri tələb olunur

Müdir


İşəgötürən – Universal Poliqraf

Vəzifə öhdəlikləri:

 Satış şöbəsinin işinin təşkili üçün qayda və prosedurları hazırlamaq və tətbiq etmək;

Satış hədəflərini əməkdaşlar arasında düzgün bölgüsünü etmək;

Fəaliyyət istiqamətləri üzrə strateji və əməliyyat planlarını hazırlamaqda iştirak etmək, təsdiq olunmuş planların icrasının təmin etmək;

Şöbənin strateji hədəflərinin və satış planlarının hazırlanmasında iştirak etmək;

Müasir satış kanalları və satış imkanlarını tətbiq etmək;

 yeni satış metodologiyaları və texnikalarını inkişaf etdirmək;

Yeni işə cəlb edilən işçilərə Təşkilatı Struktur, Proqram təminatı və satışa təklif edilən məhsullar barədə olan təlimlərin keçirilməsini müvafiq struktur bölmələrlə kordinasiyasını təşkil etmək;

Satış istiqamətində təlimlərin keçirilməsini təşkil etmək;

Potensial müştərilərlə əlaqələrin lazımı səviyyədə təşkil edilməsi üçün davamlı olaraq Satış blokunun işçilərinin işinə nəzarət etmək;

Satışın artırılması və satış planının icrası üçün təkliflər hazırlamaq;

Təkrar müştərilərə çarpaz satış məhsulları ilə bağlı təkliflər hazırlamaq;

Bölgə rəhbərlərinin işini koordinasiya etmək;

Yeni məhsul və xidmətlərin yaranması və mövcud məhsulların təkmilləşdirilməsi üçün Marketinq şöbəsi ilə sıx işləmək;

Şöbə daxili olan müraciət və sorğulara cavabları hazırlamaq;

Müştərilərlə görüş və söhbətlərin aparılması;

Şöbənin fəaliyyəti barədə müvafiq hesabatlar hazırlamaq;

Rəhbərlik tərəfindən təsdiq olunmuş ümumi marketinq tədbirlərinə və brend qaydalarına əsasən təşkil etmək.

Namizəd üçün tələblər:

İqtisadiyyat, İdarəetmə, Biznesin təşkili/ Satış və Maliyyə-Kredit sahəsində ali təhsilə malik olmaq (magistr təhsilinin olması üstünlükdür)

Satış/kommersiya sektorunda azı 5-7 illik iş təcrübəsi;

Azərbaycan dilində sərbəst, rus və ingilis dillərində bilmək üstünlükdür;

Mükəmməl liderlik və idarətmə bacarıqları;

Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;

MS Office proqramlarında və məlumat bazasında sərbəst işləyə bilmək bacarığı;

Yüksək analitik düşüncə və problemləri müəyyən etmə, araşdırma və həll etmə bacarıqları;

Fərdi və komanda şəklində işləmək, komanda ruhunu yaratmaq.

35 yaşdan yuxarı şəxslər müraciət etsin.

İş rejimi: 6 gün

Bu vəzifəyə müraciət etmək üçün CV-ni   [email protected]   e-mail ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Satış müdiri” Mövzu bölməsində qeyd edərək elektron ünvanına göndərə bilərlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]