Azersun Holding büdcə planlama üzrə şöbə müdiri axtarır

Müdir


İşəgötürən: Azersun Holding

Vakansiya: Büdcə planlama üzrə Şöbə Müdiri

Son tarix: 02 iyul 2023

Tələblər:

-Şirkətlər qrupunun Əsasnamələrini, Qrupdaxili Muhasibat hesablarının istifadəsi və tətbiqini bilməlidir;

-Şirkətlər qrupunun Maliyyə sturkturunu və əlaqədar şəxsləri tanımalıdır;

-Logo, SAP Proqramlarını bilməlidir;

-Rəhbərlik etdiyi sahənin fəaliyyətini tənzimləyən normativ aktları və rəhbərliyin əmr, qərar və sərəncamlarını;

-İqtisadiyyatın, istehsalatın, əməyin və idarəetmənin təşkilinin əsaslarını bilməlidir;

-Əmək qanunvericiliyinin əsaslarını bilməlidir;

-Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilməlidir;

İş haqqında məlumat: 

-Büdcə Raporlama xidmətlərinin standartlar və Qrupdaxili prosedurlara uyğun olaraq gerçəkləşdirilməsinin təmin edərək  təqib etmək;

-Büdcə çalışmalarının büdcə təqvimi daxilində müəssisələr tərəfindən gerçəkləşdirilməsinin  təqibi;

-Büdcə Sisteminin yeni il üçün proqram üzərindən qurulması;

-Büdcə hazırlıq dönəmi üçün Büdcə təqviminin istifadəçilərə göndərilməsi;

-Büdcə Proqramında istifadəçilərin yaradılması;

-İllik  büdcə çalışmalarında yerinə yetiridiyi bütün vəzifə və məsuliyyətləri büdcə dəyişikliyi zamanında da yerinə yetirmək;

-Müvafiq müəssisələrdə büdcə prosesində iştirak edərək  hazırlanmış satış, satınalma, investisiya, istehsal və insan resursları büdcələrinin düzgünlüyünə və ardıcıllığına nəzarət etmək;

-Səlahiyyətli müəssisələrlə işbirliyi ilə Büdcə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim etmək;

-Müəssisələr tərəfindən hazırlanmış satış, satınalma, istehsal, marketinq, investisiya, xərc və gəlir büdcələrinin prosedurlara uyğunluğunun yoxlamaq;

-Konsolidə Büdcə hesabatlarının hazırlanaraq rəhbərliyə təqdim olunmasını təmin etmək;

-Büdcə/Faktiki  xərc ,gəlir,satış fərqlərinin açıklamalarının Büdcə Proqramına girilməsini səlahiyyətli müəssisələrdən təmin etmək;

-Rəhbərliyin tələb etdiyi hesabatların hazırlanması , Büdcə Proqramında lazımi  hesabat formalarının yaradılması ,sınaqdan keçirilməsi və tətbiq etmək;

-Vəzifə səlahiyyətləri çərçivəsində hazırlanan hesabatları Rəhbərinə təqdim etmək və fəaliyyətləri ilə  əlaqəli məlumat vermək;

-Tabeliyində olan işçilərin vəzifədə irəli çəkilməsi, eləcə də zəruri hallarda onlara intizam tənbehinin verilməsi barədə rəhbərliyə təqdimatlar vermək;

-Tabeliyində olan işçilərdən müəssisə-daxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsini tələb etmək;

İş qrafiki: həftə içi 5 gün

İş Yeri: Bakı şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Büdcə planlama üzrə Şöbə Müdiri” qeyd etməyiniz xahiş olunur.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]