Veysəloğlu MMC kreditorlar üzrə şöbə müdiri axtarır

Müdir


İşəgötürən: Veysəloğlu MMC

Vakansiya: Kreditorlar üzrə Şöbə Müdiri

Son tarix: 24 iyun 2023

İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək 

Vəzifə öhdəlikləri:

-Şöbə daxilində işlərin və proseslərin düzgün, səmərəli, qaydalara və qanunvericiliyə uyğun təşkil edilməsinə nəzarət;

-Xərclər, ticari və qeyri-ticari mal alışları, malların mədaxili ilə bağlı əməliyyatlarına və müvafiq işləri icra edən komandalara rəhbərlik

-Mühasibat proqramında operativ uçotun təmin olunması üçün müvafiq müxabirləşləmərin düzgün həyata keçirilməsinə nəzarət;

-Şirkətin ticari öhdəliklərinin zamanında və tam şəkildə tanınmasına, həmçinin ödənilməsinə nəzarət;

-Ticari və qeyri-ticari borcların üzləşmələrinin şirkətin prosedurlarına uyğun şəkildə aparılmasının təmin edilməsi;

-Kreditor borclar və onlara görə öhdəliklərin icra edilməsi ilə bağlı vergi əməliyyatlarının düzgün şəkildə həyata keçirilməsinə nəzarət;

-Şirkətin maliyyə-uçot fəaliyyətində aktiv iştirak etmək və uçotun təkmilləşdirilməsi və avtomatlaşdırılması ilə bağlı təklifləri irəli sürmək, icrasını təmin etmək;

-SAP proqramında təkmilləşmələrin edilməsi və uçot proseslərinin avtomatlaşdırılmasında aktiv iştirak;

-Komanda üzvləri ilə bilik və təcrübənin paylaşılması və onların peşəkar inkişafına dəstək olmaq;

-Mühasibatlıq departamentinin ümumi işinin səmərəli qurulmasına dəstək vermək;

-Uçot sənədlərinin zamanında və qaydalara uyğun şəkildə arxivləşdirilməsini təmin etmək.

Tələblər:

-İş təcrübəsi: müvafiq sahədə 2 il rəhbər vəzifədə iş təcrübəsi (distributor sektorunda təcrübəyə üstünlük verilir)

-Təhsil: Ali  iqtisadi, maliyyə və ya mühasibatlıq təhsili

-MS Office (xüsusilə Excel) biliklərinin yüksək səviyyədə olması

-Orta səviyyədə rus dili biliyi (inglis dili biliyi üstünlükdür)

-Vergi qanunvericiliyi sahəsində geniş biliklər və təcrübə

-Dinamik iş mühitində və təzyiq altında işləmək istəyi və bacarığı

-Orta və böyük ölçülü komandaların idarə edilməsində təcrübə

-SAP proqramında işləmək bacarığı üstünlükdür.

-ACCA və DipİFR sertifikatlarının olması üstünlükdür

-Kiçik və/və ya orta miqyaslı bizneslərdə baş mühasib təcrübəsi arzuolunandır

Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq.

Təminatlar:

-Nahar ilə təmin edilmə;

-Qanunvericiliyə uyğun olaraq ezamiyyət xərclərinin qarşılanması.

Uyğun namizədlər CV-lərini mövzu (subject) hissəsinə “Kreditorlar üzrə Şöbə müdiri” yazaraq göndərmələri xahiş olunur.

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]