Anbar və Təchizat şöbəsinin Müdiri tələb olunur

Müdir


İşəgötürən – Aqrar İnnovasiya və Təchizat Şirkəti

Namizədə olan tələblər:   

Daha əvvəl müvafiq təcrübə – 3-5 il

Mal-material ehtiyatları üzrə optimal qalıq və sifariş həcmlərinin hesablanması, maddi vəsaitlərin hərəkəti və uçotunun təşkili üzrə təcrübi-biliklərə malik olmaq

1C, Logo, Excel və ya digər proqramlarda işləmə təcrübəsi

Yüksək səviyyədə Azərbaycan dili, yazılı formatda rus dili

Komanda qurma, komandanın idarə edilməsi və yeni proseslərin tətbiq edilməsi bacarığı

Dəyişikliklərin idarə edilməsi bacarığı

Riyazi və analitik düşünmə bacarığı

Vəzifə öhdəlikləri:  

Şirkətdə maddi vəsaitlərin (əsas vəsaitlərin və mal-material ehtiyatlarının) idarə olunması üzrə proseslərin ən yaxşı təcrübələr əsasında qurulması, tətbiqi və inkişaf etdirilməsini təmin etmək;

Şirkətlərdə əsas vəsait və anbarların idarə olunması üzrə strukturların formalaşdırılması və inkişaf etdirilməsi, həmçinin həmin strukturlara funksional və metodoloji rəhbərlik etmək və strukturlarda müvafiq prosedur və proseslərin tətbiqini təmin etmək;

Strukturlarda əsas vəsaitlərin uçotu və hərəkətinin idarə olunması, mal-material anbarlarının işinin təşkil olunmasını təmin etmək, o cümlədən:

Mədaxil olunan maddi vəsaitlərin ilkin fiziki inspeksiyası, sayılması və qəbulu, yerləşdirilməsi və ilkin uçotu işinin (qeydiyyatı, kodlanması və etiketlənməsi və uyğunlaşdırılmasının) düzgün, dəqiq və zamanında təşkil edilməsini təmin etmək;

Mal-material qalıqlarının optimal həddə saxlanılması, qənaətli istifadə və optimal sifariş həcmi üzrə metodologiya və prosedurların tətbiq olunmasını təmin etmək;

Əsas vəsaitlərin və mal-material qalıqlarının uçotu və hərəkəti üzrə proqram təminatının istifadəsi, vəsaitlər haqqında ətraflı məlumat bazasının yaradılması və saxlanılması, anbar hərəkətləri üzrə daxili nəzarət qaydaları və prosedurlara uyğun sənəd axışı və hesabatlılıq sisteminin tətbiqini və inkişaf etdirilməsini təmin etmək;

Daxili təminat və sifarşlərin zamanında və düzgün şəkildə təmin edilməsini işini təşkil etmək;

Əsas vəsaitlərin və mal-materialların hərəkəti üzrə uçotun düzgün və zamanında aparılmasını  təmin etmək, əsas vəsait reyestri və mal-material qalıqları haqqında uçot məlumatlarının hər zaman düzgün və rallığa uyğun olmasını təmin etmək;

Daxili Nəzarət Departamenti tərəfindən təşkil olunan İnventarizasiya Komissiyasının tərkibində iştirak etmək və dövri inventarizasiya prosesi üçün vəsaitlərin və uçotun hazır vəziyyətə gətirilməsini, həmçinin inventarizasiya üçün funksional dəstəyin təmin olunmasını təşkil etmək;

İstifadəyə yararsız və köhnəlmiş vəsaitlərin, həmçinin iş prosesində yaranmış dəyərli yan-istehsalat məhsullarının realizasiyaya hazır vəziyyətə gətirilməsini təmin etmək və realizasiya prosesində dəstək olmaq;

Müvafiq anbarların və saxlanc yerlərinin fiziki vəziyyətinin, həmçinin anbarlama şəraitinin standartlara uyğun olmasını təmin etmək və bununla əlaqədar müvafiq düzəldici, inkişaf etdirici və önləyici təklif, hesablama və təqdimatların rəhbərliyə zamanında təqdim edilməsini təmin etmək;

İş şərtlərimiz:

Əmək haqqı: 1939 – 2133 AZN;

İş qrafiki: Tam iş günü (5 gün);

İş saatları: 08:30-17:30.   

Ünvan: Ziya Bünyadov 1965, Çinar Park Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Anbar və Təchizat Şöbə müdiri” yazaraq  [email protected]  adresinə göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]