Mağaza müdiri tələb olunur

Müdir


İşəgötürən – A SBC MMC (Торговая марка iSpace)

Vəzifə öhdəlikləri:

Satış planının icrası

Mağazanın personalı üzərində operativ rəhbərliyi və idarəetməni həyata keçirmək;

Cari tapşırıqları həll etmək, personalın öz vəzifə təlimatlarının və digər daxili normativ sənədlərin tələblərini dəqiq yerinə yetirmələrini təşkil etmək və nəzarət etmək;

Satış nöqtələrindən və alıcılarından daxil olan hər bir informasiyaya operativ reaksiya vermək; 

Alıcılara keyfiyyətli xidmətin təşkil olunmasına nəzarət etmək;

Personalın daxili nizam-intizam qaydalarına əməl etmələrinə nəzarət etmək

Satış prosesinin təşkilində mağazanın sıravi və digər personalının işini tənzimləmək;

Kassa aparatı ilə işin həyata keçirilməsi və kassa intizamına riayət edilməsi;

Mağazada gündəlik tapşırıqların açıqlanması və nəzarəti;

Təlim məqsədi ilə işçi heyəti ilə gündəlik görüşlərin keçirilməsi, effektiv satış metodlarının işlənib hazırlanması;

Merçandayzinq qaydalarına riayət edilməsi və onlara nəzarət edilməsi;

Əsas tələblər:

Mağaza müdiri kimi iş təcrübəsi – 3 il

Satış sahəsində təcrübə – İT avadanlıqların satışı ilə məşğul olan mağazalarda – tələb olunur.

Səlis ünsiyyət bacarıqları

Apple məhsulları haqqında bilik 

Azərbaycan və rus dillərində sərbəst danışıq qabiliyyəti 

Biz nə təklif edirik?

İT avadanlıqları bazarında 1 nömrəli brendlə işləmək imkanı

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq qeydiyyat və sosial təminatlar.

Apple tərəfindən beynəlxalq təlimlər ;

Maraqlanan şəxslərdən CV-lərini    [email protected]   elektron ünvanına “Mövzu” hissəsində vakansiyanı qeyd etməklə göndərmələri xahiş olunur.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]