İnzibati işlər və nəqliyyat şöbəsinin müdiri tələb olunur

Müdir


İşəgötürən – Daşkəsən Dəmir Filiz MMC

Vəzifə öhdəlikləri:

Cəmiyyətin əsas inzibati binasının məqsədyönlü, səmərəli istismarını və ona gündəlik qulluğu təşkil etmək;

İnzibati işlər şöbəsinin tabeçiliyində olan avtonəqliyyat vasitələrinin idarəolunmasını təşkil etmək;

İnzibati işlər şöbəsinin tabeçiliyində olan sürücülərin iş qrafikinin tərtib edilməsi, izlənilməsi, koordinasiya edilməsinə nəzarət etmək;

İnzibati işlər şöbəsinin tabeçiliyində olan avtonəqliyyat vasitələrinin texniki qulluq və təmiri sifarişlərini idarə etmək;

Cəmiyyətin aparatının balansında olan avtomobil təsərrüfatı işlərinin, əsas vəsaitlərin əsaslı və cari təmiri işlərinin təşkili istiqamətində müvafiq işləri təşkil etmək;

Cəmiyyətdə sağlamlıq və əməyin təhlükəsizliyi ilə bağlı işləri təşkil etmək;

Avadanlıq, inventar, material və ləvazimatlarla təchiz etmək;

Avadanlıqların saz vəziyyətdə saxlanılmasına nəzarət etmək;

Cəmiyyətin əsas inzibati binasında su, istilik və elektrik enerjisi ilə fasiləsiz təminatını təşkil etmək;

Cəmiyyətin əsas vəsaitlərinin, azqiymətli və tezköhnələn inventarlarının və digər mal-materialın inventarlaşmasında iştirak etmək;

Cəmiyyətin cari və əsaslı təmiri zamanı işlərin keyfiyyətli aparılmasına nəzarət etmək, yerinə yetirilmiş təmir işlərini qəbul etmək;

Fəaliyyət istiqamətləri üzrə strateji və əməliyyat planlarının, büdcənin hazırlanmasında iştirak etmək, təsdiq olunmuş planların icrasını təmin etmək;

Mədəni – kütləvi və digər tədbirləri hazırlamaq və keçirilməsində təşkilati və texniki yardım göstərmək;

Namizədə tələblər:

Ali və ya orta-ixtisas təhsili;

Müvafiq sahəsi üzrə ən azı 5 il,idarəetmə üzrə 3 il iş təcrübəsi;

Əla səviyyədə Azərbaycan dili və İngilis dili, yaxşı səviyyədə Rus dili;

MS Office proqramları üzrə yaxşı səviyyədə biliklər.

Bacarıqlar:

İdarəetmə bacarıqları;

Komandada işləmək bacarığı;

İşin planlaşdırılması bacarığı;

Bilik və bacarıqlarını artırmaq üçün öz üzərində davamlı çalışmaq;

Yaradıcı və təşəbbüskar olmaq;

Digər məlumatlar:

İş yeri: Bakı şəhəri

Ezamiyyə imkanları (zəruri hallarda)

5 günlük iş rejimi 

İş vaxtı: 09:00 – 18:00

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “İnzibati işlər və nəqliyyat şöbəsinin müdiri” qeyd etməklə   [email protected]    e-mail ünvanına göndərmələri xahiş olunur.

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]