Filial müdiri axtarılır – (Sumqayıt)

Müdir


İşəgötürən – FinexKredit BOKT

Namizədə dair tələblər:

Ali təhsil və ya Orta ixtisas təhsilli;

Bank, BOKT və ya Lombard sahəsində minimum 3 il təcrübə;

İdarəetmə və liderlik qabiliyyəti;

Yaxşı ünsiyyət və komanda ilə işləmə bacarığı.

Kreditlərin verilməsinə dair qayda, prosedur, təlimatları bilmək

Qızıldan anlayışı olmaq

Lombard krediti üzrə təcrübəsi olmaq

Sumqayıt şəhəri ərazisini yaxşı tanımaq 

təhsil və yaxud sertifikatlaşdırılmış kurs, akademiya və s. təcrübədə iştirak etmək

Yaş: 22-45

Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (yaxşı səviyyədə) 

Diqqətli və Operativ olması

Kommunikasiya bacarığının yüksək səviyyədə olmağı

İş barədə məlumat:

Filialın işçi heyətinin idarə olunması;

Filial əməkdaşlarının effektliyi, peşəkarlıq və bilik səviyyəsini inkişaf etdirmək üçün çalışmaq;

Filialın müştəri bazasının genişləndirilməsi üçün yeni təkliflər planı hazırlamaq;

Filialın kredit portfelini idarə etmək və maliyyə əməliyyatlarına nəzarət etmək. 

Rəhbərliyin göstərişi əsasında vəzifə səlahiyyətlərinə aid digər işləri icra etmək. 

AR Əmək məcəlləsinə uyğun rəsmiləşdirmə;

Korporativ nömrə ilə təmin edilmə.

Əmək haqqı: Müsahibə əsasında təyin ediləcək.

Qeyd olunan tələblərə uyğun gələn namizədlər “filial müdiri_Sumqayıt filialı” başlığından istifadə edərək, öz CV və peşəkar karyera məlumatlarını 21.07.2023-cü il tarixinədək    [email protected]   adresinə göndərə bilərlər. 

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]