Bərpa, yenidənqurma və layihələrin idarə edilməsi departamentinin müdiri axtarılır

Müdir


İşəgötürən – Şərqi Zəngəzur İqtisadi Rayonunda “1 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs

Öhdəliklər:

Tikinti proseslərinin idarə edilməsinin təşkil olunması;

Tikinti və yenidənqurma işləri üzrə illik və perspektiv planlarının işlənib hazırlanmasında iştirak etmək;

Əsaslı tikinti, yenidənqurma və əsaslı təmir işləri ilə əlaqədar müqavilələrin bağlanılmasında və yerinə yetirilmiş iş həcminin qəbulunda iştirak etmək;

İnşaat-bərpa, yenidənqurma və yenidənplanlaşdırma işləri başa çatmış obyektlərin istismara qəbulu üzrə komissiyaların işində iştirak etmək;

Podratçı təşkilatlarla investisiya layihələri üzrə müzakirələr aparmaq, dəqiqləşdirilmiş investisiya layihəsini hazırlamaq;

Layihələndirmə işlərinin müəyyən olunmuş vaxtda yerinə yetirilməsini nəzarətdə saxlamaq, keyfiyyət və səmərəlilik göstəricilərinin artırılmasını, eləcə də qəbul olunmuş layihə tapşırıqlarının layihələndirmə və tikinti üzrə qüvvədə olan normativ materiallara uyğunluğunu yoxlamaq;

Xidmətin sifarişi əsasında tikiləcək obyektlərin keyfiyyətli inşasına və vaxtında tikilib istismara verilməsinə nəzarət etmək və cari vəziyyət barədə mütəmadi olaraq Xidmətin rəhbərliyinə məlumat vermək;

Yerinə yetirilən tikinti-quraşdırma işlərinin həcminin, dəyərinin və keyfiyyətinin layihə-smeta sənədlərinə, texniki şərtlərə uyğun olunmasına nəzarət etmək;

Obyektlərin tikintisinə texniki nəzarəti, bütün göstəriş və tövsiyələrin vaxtı-vaxtında yerinə yetirilməsini yoxlamaq;

Tabeliyində olan struktur bölmələrin fəaliyyətini koordinasiya etmək.

Təhsil, Təcrübə və Bacarıqlar:

İnşaat mühəndisliyi üzrə ali təhsil;

Müvafiq sahə üzrə minimum 10 il, rəhbər vəzifədə 7 ildən az olmayan iş təcrübəsi;

Tikinti sahəsi üzrə dövlət qurumlarında iş təcrübəsi üstünlükdür;

PMI (PMP) sertifikasiyası, Prince 2 və ya layihələrin idarəedilməsi sahəsində digər sertifikasiyalar arzuolunandır;

Azərbaycan və İngilis dilində səlis ünsiyyət bacarıqları (şifahi/yazılı)

Xüsusi qeyd: Ofis – İçərişəhər metrostansiyasının yaxınlığında yerləşir.

Şərqi Zəngəzur ərazisinə tez-tez səfərlər nəzərdə tutulur.

Müraciət etmə qaydaları:

Xahiş olunur, CV-lərinizi 10 Oktyabr 2023-cü il tarixinədək e-poçtun mövzu (“subject”) hissəsində “Bərpa, yenidənqurma və layihələrin idarə edilməsi departamentinin müdiri” qeyd etməklə göndərəsiniz.

Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. 

İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə   [email protected]  e-poçt və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]