Veysəloğlu şirkətinə Keyfiyyətə nəzarət üzrə mütəxəssis tələb olunur
Mütəxəssis

İş elanını dərc edən: Veysəloğlu MMC Vakansiya: Keyfiyyətə nəzarət üzrə mütəxəssis Son tarix: 06 mart 2023 İş yeri: Bakı şəhəri, Məmmədli qəsəbəsi İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. Vəzifə funksiyaları: - ISO 9001:2015, BRC, IFS, ISO 22000:2018, FSSC 22000 və digər yerli, regional və beynəlxalq standartlara uyğun bütün tələblərin həyata keçirilməsini təmin etmək; - Anbara qəbul edilən qida məhsullarının keyfiyyətinə mövcud standartların tələbləri və referans nümunələri üzrə nəzarət etmək; - Qablaşdırılan məhsulların qablaşdırmasının bütövlüyünü, markalanmanın düzgünlüyünü yoxlamaq; - Məhsulların rəf ömrü standartlarının tələblərinə uyğunluğunu yoxlamaq; - Məhsulların düzgün temperatur rejimlərində saxlanılmasına nəzarət etmək; - FIFO prinsipinə əməl edilməsini təmin etmək; - Anbarda və nəqliyyat vasitələrində (qəbul və göndərilməsi zamanı) mal qonşuluğu qaydalarını yoxlamaq; - Qablaşdırma materialları, ləvazimatları və aparatlarının təmizliyinə nəzarət edilməsi; - Proseslə əlaqədar forma, təlimat və prosedurların yazılması və işlək vəziyyətdə olmasını təmin etmək; - Anbar və qablaşdırma sahəsində temperatur, nisbi rütubət nəzarətini və qeydiyyatını aparmaq; - Qida təhlükəsizliyi və gigiyena tələblərinin icra olunub-olunmamasına nəzarət etmək; - Yararsız məhsul haqqında aidiyyəti əməkdaşlara və birbaşa rəhbərinə dərhal məlumat vermək; - Daxili və xarici auditin aparılması prosesində iştirak etmək, audit zamanı aşkarlanmış uyğunsuzluqları aradan qaldırmaq; - Bölmə rəhbərinin təlimatları üzrə aylıq hesabatların hazırlanmasının təşkili; - İş fəaliyyətinə uyğun rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək. Vəzifə tələbləri: - Ali təhsil (Qida mühəndisliyi); - Məhsul standartları ilə işləmə bacarığı; - Rus və ingilis dili biliyi arzuolunandır; - Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi (Qida sahəsində təcrübə üstünlükdür); Əmək haqqı: Müsahibə əsasında təyin olunur. Təminatlar: - İş yerinə nəqliyyat vasitəsilə çatdırılma (İş yeri: Bakı şəhəri, Məhəmmədi qəsəbəsi) - Nahar ilə təmin edilmə. Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.
Vakansiyalar
- 4 gün, 3 saat, 47 dəq
- 4 gün, 9 saat, 28 dəq
- 4 gün, 9 saat, 32 dəq
- 4 gün, 9 saat, 38 dəq
- 5 gün, 8 saat, 54 dəq