Veysəloğlu MMC vergi uçotu üzrə aparıcı mütəxəssis axtarır

Mütəxəssis


İşəgötürən: Veysəloğlu MMC

Vakansiya: Vergi uçotu üzrə aparıcı mütəxəssis

Son tarix: 25 iyun 2022

İş yeri: Bakı şəhəri

İş təcrübəsi: 2 il

Təhsil: Ali iqtisadi təhsil

Yaş həddi: 25-35

İşin Təsviri: Vergi hesabatlarının tərtib edilməsi.

Vəzifə öhdəlikləri:

-Şəxsi hesab vərəqələrinin gündəlik təqib edilməsi;

-Vergi, DSMF, Statistika hesabatlarının təqdim olunması;

-Kameral uyğunsuzluqların  yoxlanılması və uyğunsuzluqlara cavabların yazılması;

-Mənfəət və zərər hesabatının tərtib edilməsi; 

-Balans hesabatının tərtibi və vahid formatın hazırlanıb təqdim edilməsi;

-Balans maddəsi üzrə digər maddələrin ilkin sənədlərlə yoxlanılması;

-Əsas vəsaitlərin qanunvericiliyə uyğun amortizasiya və təmir xərclərinin yoxlanılması;

-Debitorlar üzrə qalıqların yoxlanılması;

-Yerli və xarici kreditorlar üzrə daxili hesabatların verilməsi;

-Proqnoz balansının hazırlanması;

-Kassa kitabına, bank əməliyyatlarına və qaimə-fakturalara nəzarət edilməsi;

-Pul vəsaitlərinin hərəkəti hesabatının tərtib edilməsi.

Tələblər:

-Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə biliklərin olması;

-Komanda ilə işləmə bacarığının olması;

-ACCA, CIMA və IFRS üzrə biliklərin olması arzu olunandır;

-Logo Unity proqram biliyinin olması arzu olunandır.

Əmək haqqı:  Müsahibə əsasında təyin olunur.

Təminatlar:

-İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;

-Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Vergi uçotu üzrə aparıcı mütəxəssis” yazıb göndərməklə müraciət edilir.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]