Veysəloğlu-Rossmann kateqoriya üzrə mütəxəssis axtarır

İşəgötürən: Veysəloğlu-Rossmann
Vakansiya: Kateqoriya üzrə mütəxəssis
Son tarix: 08 iyul 2023
Vəzifə funksiyaları:
-Portfeldəki hər bir markanın fəaliyyətinə nəzarət etmək
-Bazar ehtiyaclarına uyğun olaraq müvafiq kateqoriya üzrə məhsul tələbatını idxal və ya yerli tədarükçü vasitəsilə təmin etmək
-İdxal sifarişləri zamanı məhsulların bazar şərtlərinə uyğun qiymət indeks hesablanmasını aparmaq
-İdxal prosesi zamanı məhsulların zamanında mərkəz anbara alınması və mağazalara göndərilməsinə nəzarət etmək
-Mağazalar arasında mübadilə əməliyyatını təşkil və idarə etmək, A-Mövsüm ehtiyatlarını tələbata görə dərinlik baxımından qorumaq və lazım olduqda yenidən sifariş etmək, mağazalara planlaşdırılan tədarüklər barədə məlumat vermək
-Ümumi iş strategiyası və illik büdcə prosesinə töhfə vermək , KPI-lara nail olunması və qoyulan hədəflərin şirkətin plan və büdcəsinə uyğunluğunu təmin etmək
-Təchizatçının ödəniş şərtləri, endirim və yenidən qiymətləndirmələrlə bağlı proseslərin icrası zamanı şirkətin digər əlaqədar strukturları ilə əməkdaşlıq etmək
-Verilmiş sifarişlər üçün daxili Satınalma Sifarişlərini (PO) hazırlamaq və sistemə yerləşdirmək; sistemdə (əsas məlumatlar) məhsulun spesifikasiyasını yoxlamaq, məhsul kartını doldurmaq və düzəliş etmək
-Mövsümi endirim planlarının yaradılmasına kömək etmək
-Qəbul olunmuş ehtiyat məhsulların keyfiyyətini qiymətləndirmək və hər hansı uyğunsuzluqları təchizatçılar və rəhbərliyə bildirmək
-Fərdi mağazaların, rəqiblərin həftəlik /aylıq bazar ziyarətləri, habelə rəqiblərin fəaliyyətini izləmək və hesabat vermək
-Kateqoriyalar üzrə məhsulların mağazalarda təlimatlara uyğun şəkildə yığılmasına və təqdim olunmasına nəzarət etmək
-Sorğu və tələblərə əsasən həftəlik, aylıq, illik hesabatları marka tərəfdaşlarına təqdim etmək
Namizədə tələblər:
-Ali təhsil
-Müvafiq sahə üzrə ən az 2 il iş təcrübəsi
-Xarici dil biliyi: İngilis dili yaxşı səviyyədə, Rus dili arzuolunandır
-MS Excel biliyi : Yüksək səviyyədə
-Analitik düşünmə qabiliyyəti və komanda ilə işləmə bacarığı
-Kosmetika və baxım kateqoriyasından məsul olacağı üçün xanım namizədlərə üstünlük veriləcək
Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Kateqoriya üzrə mütəxəssis” qeyd edərək [email protected] mail ünvanına yönləndirə bilərlər.
Vakansiyalar
- 2 gün, 18 saat, 28 dəq
- 2 gün, 18 saat, 30 dəq
- 2 gün, 18 saat, 32 dəq
- 2 gün, 18 saat, 34 dəq
- 2 gün, 18 saat, 36 dəq