Veysəloğlu-Rossmann kateqoriya üzrə mütəxəssis axtarır

Mütəxəssis


İşəgötürən: Veysəloğlu-Rossmann

Vakansiya: Kateqoriya üzrə mütəxəssis

Son tarix: 08 iyul 2023

Vəzifə funksiyaları: 

-Portfeldəki hər bir markanın fəaliyyətinə nəzarət etmək

-Bazar ehtiyaclarına uyğun olaraq müvafiq kateqoriya üzrə məhsul tələbatını idxal və ya yerli tədarükçü vasitəsilə təmin etmək

-İdxal sifarişləri zamanı məhsulların bazar şərtlərinə uyğun qiymət indeks hesablanmasını aparmaq

-İdxal prosesi zamanı məhsulların zamanında mərkəz anbara alınması və mağazalara göndərilməsinə nəzarət etmək

-Mağazalar arasında mübadilə əməliyyatını təşkil və idarə etmək, A-Mövsüm ehtiyatlarını tələbata görə dərinlik baxımından qorumaq və lazım olduqda yenidən sifariş etmək, mağazalara planlaşdırılan tədarüklər barədə məlumat vermək

-Ümumi iş strategiyası və illik büdcə prosesinə töhfə vermək , KPI-lara nail olunması və qoyulan hədəflərin şirkətin plan və büdcəsinə uyğunluğunu təmin etmək

-Təchizatçının ödəniş şərtləri, endirim və yenidən qiymətləndirmələrlə bağlı proseslərin icrası zamanı şirkətin digər əlaqədar strukturları ilə əməkdaşlıq etmək

-Verilmiş sifarişlər üçün daxili Satınalma Sifarişlərini (PO) hazırlamaq və sistemə yerləşdirmək; sistemdə (əsas məlumatlar) məhsulun spesifikasiyasını yoxlamaq, məhsul kartını doldurmaq və düzəliş etmək

-Mövsümi endirim planlarının yaradılmasına kömək etmək

-Qəbul olunmuş ehtiyat məhsulların keyfiyyətini qiymətləndirmək və hər hansı uyğunsuzluqları təchizatçılar və rəhbərliyə bildirmək

-Fərdi mağazaların, rəqiblərin həftəlik /aylıq bazar ziyarətləri, habelə rəqiblərin fəaliyyətini izləmək və hesabat vermək

-Kateqoriyalar üzrə məhsulların mağazalarda təlimatlara uyğun şəkildə yığılmasına və təqdim olunmasına nəzarət etmək

-Sorğu və tələblərə əsasən həftəlik, aylıq, illik hesabatları marka tərəfdaşlarına təqdim etmək

Namizədə tələblər:

-Ali təhsil

-Müvafiq sahə üzrə ən az 2 il iş təcrübəsi

-Xarici dil biliyi: İngilis dili yaxşı səviyyədə, Rus dili arzuolunandır

-MS Excel biliyi : Yüksək səviyyədə

-Analitik düşünmə qabiliyyəti və komanda ilə işləmə bacarığı

-Kosmetika və baxım kateqoriyasından məsul olacağı üçün xanım namizədlərə üstünlük veriləcək

Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Kateqoriya üzrə mütəxəssis” qeyd edərək [email protected] mail ünvanına yönləndirə bilərlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]