“Vergilər üzrə Mütəxəssis” tələb olunur

İş elanını dərc edən – Norm OJSC
Vakansiya- Vergilər üzrə Mütəxəssis
İş yeri: Qaradağda yerləşən zavod ofisi
Tələblər:
-Mühasibatlıq, maliyyə və ya vergi qanunvericiliyi üzrə ali təhsil
-AR Vergi Məcəlləsi üzrə biliklər
-Vergi elektron baza sistemi ilə bağlı biliklər
-Vergilərlə bağlı əlaqədar sahə üzrə 2 ildən artıq iş təcrübəsi
-İngilis dilini peşəsinin tələb etdiyi səviyyədə bilmək
-Microsoft office proqramı üzrə yaxşı səviyyədə, MS Excel proqramı üzrə yüksək səviyyədə səriştəyə malik olmaq
-SAP proqramı üzrə istifadə bacarıqları arzu olunandır
Tələb olunan kompetensiyalar:
-Müştəriyönümlülük
-Davamlı inkişaf
-Bütövlük
-Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarından xəbərdar olma
Vəzifə və Öhdəliklər:
-Vergilərin müvafiq qaydada hesablanmasının təmin etmək məqsədilə mühasibat əməliyyatlarında vergi monitorinqinin aparılması.
-Vergilərin hesablanması, bütün vergi hesabatlarının yerli vergi qanunvericiliyinə əsasən hazırlanması və vergi orqanlarına vaxtında təqdim edilməsi.
-Gəlir vergisi, ƏDV, əmlak vergisi və s. kimi Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi.
-Vergilərlə bağlı bütün məsələlərlə əlaqədar olaraq Vergilər Nazirliyi və vergilər üzrə məsləhətçilərlə yazışmaların aparılması, sorğuların vaxtında cavablandırılması
-Gömrük bəyannamələrinin yoxlanması və izlənməsi
-Nağd pul vəsaitlərinin hərəkəti üzrə hesabat üçün vergi ödənişlərinin hazırlanması.
-Vergi hesablamalarının və ödəmələrinin şəxsi hesab vərəqəsi ilə uzlaşdırılması.
-Vergi hesablamalarının və ödəmələrinin ERP sistemində uçotunun aparılması
-Şirkətdə əmək haqqları ilə bağlı aylıq vergilərin sistemə daxil edilməsi
-Elektron qaimələrin dövrü olaraq yoxlanılması, reyestrə daxil edilməsi
-Vergi məqsədləri üçün Əsas Vəsaitlərin uçotunun aparılması və reyestrə daxil edilməsi
-Vergi və digər büdcə orqanı ilə yazışmaların və sənəd dövriyyəsinin kargüzarlığı
-Vergi uçotu ilə bağlı bütün sənədlərin Şirkətin sənəd saxlanma qaydalarına uyğun saxlanmasına nəzarət.
Qeyd: Müəyyən günləri iş öhdəliklərini evdən iş rejimində yerinə yetirmək imkanı var.
CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə e-mail adresinə [email protected] göndərməyiniz xahiş olunur.
Son Müraciət Tarixi: 17.03.23
Vakansiyalar
-
2 gün, 9 saat, 48 dəq
“Happy Market”ə işçilər tələb olunur -Müdir müavini, kassir, satıcı
- 2 gün, 12 saat, 47 dəq
-
2 gün, 12 saat, 48 dəq
Zeytun Pharmaceuticals logistika və sənədləşmə üzrə mütəxəssis axtarır
- 2 gün, 12 saat, 51 dəq
- 2 gün, 12 saat, 53 dəq