Veliev MMC xarici satış üzrə mütəxəssisi axtarır

İşəgötürən: Veliev MMC
Vakansiya: Xarici satış üzrə mütəxəssis
Son tarix: 12 oktyabr 2022
Vəzifə və Öhdəlikləri:
-Xarici bazar payınının genişləndirilməsi istiqamətində satış stratejiyasının və əməliyyat planlarının hazırlanması və həyata keçirilməsi;
-Bütün növ plastik qapı və pəncərə profillərinin və aksesuarlarının xarici bazarda kommersiya fəaliyyəti işlərinin təşkil edilməsi;
-Məhsul çeşidi və ölkə baxımından yeni bazarların axtarışı, dəyərləndirilməsi, satışın təşkili və inkişafı;
-Mövcud xarici tərəfdaş və müştərilərlə ticarət əlaqələrinin qorunması və inkişaf etdirilməsi;
-İxrac əməliyyatları xidmətlər üzrə müqavilələrin hazırlanması prosesini şərtlərin müəyyənləşdirilməsindən son imzaya qədər tərtib və təqib etmək;
-İxrac ediləcək malların müştərinin ehtiyacları çərçivəsində ixraca hazır qablaşdırılmasını təmin etmək;
-Şirkəti xarici işgüzar tədbirlərdə, sərgilərdə təmsil etmək.
-Yüksək səviyyədə müştəri xidmətinin təmin olunması, güclü və uzunmüddətli müştəri əlaqələrinin təşkili və qorunub saxlanması;
-Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etmək, analiz aparmaq və çatışmazlıqları müəyyən edərək lazımi tədbirlərin görülməsinin təşkil edilməsi;
-Xarici satış fəaliyyəti barədə statistik hesabatların və satışın artırılması istiqamətində xarici tərəfdaş və müştərilər üçün təqdimatların tərtib edilməsi;
-Müasir satış kanalları və satış imkanlarını tətbiq etmək və inkişaf etdirmək;
Biliklər:
-Ali təhsil – Biznes və ya Marketinq sahəsində təhsilə üstünlük verilir;
-Dil bilikləri – Azərbaycan, Rus dillərində səlis danışıq, İngilis dili əlavə üstünlükdür;
-Proqram – Microsoft Office;
Təcrübə:
-Müvafiq sahə üzrə 2 ildən çox
Bacarıqlar:
-Yüksək ünsiyyət və davranış bacarığı;
-Dəqiqlik və dürüstlük;
-Öz fikirlərini sərbəst ifadə etmək bacarığı
-Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı
-Komanda ilə işləmək bacarığı
-Təqdimat və təsiretmə bacarığı;
Əmək şəraiti:
-İş yeri: Sumqayıt şəhəri
-İş rejimi: 6 günlük iş həftəsi
-Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 12 Oktyabr tarixinədək emailin mövzu hissəsində “Xarici satış üzrə mütəxəssis” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərsiz.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
-
5 saat, 24 dəq
AGRO – WEST DC LLC işə qəbul üzrə aparıcı mütəxəssis axtarır
- 5 saat, 26 dəq
- 5 saat, 28 dəq
-
5 saat, 30 dəq
Sinteks Group of Companies informasiya texnologiyaları üzrə Təcrübə Proqramı elan edib
- 5 saat, 32 dəq