Vakansiya: Xari̇cdə təhsi̇l üzrə məsləhətçi̇ tələb olunur

Mütəxəssis


İşəgötürən: StudyLab

Vakansiya: Xari̇cdə Təhsi̇l Üzrə Məsləhətçi̇

Son tarix: 18 may 2022

Məndən nə tələb olunur?

Şərqi Avropa, Qərbi Avropa, Amerika, Kanada, Böyük Britaniya və digər xarici ölkələrdə dil kursları, ali məktəbə hazırlıq proqramları, ilk ali təhsil və magistratura təhsili daxil olmaqla, müştərilər üçün xaricdə ən münasib və uyğun təhsil proqramları seçmək, ilkin məsləhətləşmələr vasitəsilə, müraciət edən şəxsləri (potensial müştəriləri) həqiqi müştərilərə çevirmək.

Bizə kim lazımdır?

-Yüksək IQ səviyyəsi və dünyagörüşü olan, məqsədyönlü, inkişaf etmək arzusunda olan;

-Əla kommunikator, insanlar ilə ünsiyyət qurmağı sevən;

-Potensial müştəriləri əsl müştərilərə çevirməyi bacaran, satış üzrə peşəkar;

-Şərqi Avropa, Qərbi Avropa, Amerika, Kanada, Böyük Britaniya daxil olmaqla, xarici ölkələrin təhsil sistemlərini yüksək səviyyədə bilən mütəxəssis;

-İngilis dilini Advanced səviyyədə bilmək (2-ci xarici dil bilənlərə üstünlük verilir);

-MS Office (Word, Excel) proqramları üzrə biliklər

-Tanınmış ali təhsil müəssisəsinin məzunu olmaq;

-Məsuliyyətli, öz iş vaxtını müstəqil idarə edə bilən;

-Xaricdə təhsil sahəsində çalışan namizədlərə üstünlük verilir.

Tapşırıqlar:

-Xaricdə təhsil bölməsinin bütün xidmət və faəliyyətlərini effektiv şəkildə icrasını təmin  və idarə etmək;

-Xaricdə təhsil bölməsinin illik fəaliyət planını hazırlamaq, həmin plana əsasən fəaliyyətini qurmaq və hesabat vermək;

-Xaricdə təhsillə bağlı potensial müştərilərə konsultasiya xidmətləri göstərmək və bu konsultasiyaları effektiv şəkildə satışa çevirmək;

-Xarici universitetlərin proqramlarını və yeni partnyorluq əlaqələrini genişləndirmək məqsədi ilə müntəzəm şəkildə araşdırmaq və izləmək;

-Yeni əməkdaşlıqlarla bağlı araşdırmalar edərək təkliflər hazırlayıb rəhbərliyə təqdim və müzakirə etmək;

-Ölkə üzrə keçirilən müvafiq tədbirlərdə StduyLab şirkətini təmsil etmək;

-Yüksək səviyyədə xidmət göstərməsini təmin etmək və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində plan və strategiyalar hazırlamaq və təklif etmək;

-Xaricdə təhsil, yay məktəbləri, dil kursları və digər aidiyyatı xidmətlərin tanıdılması və müştərilərin cəlb edilməsi istiqamətində fəaliyyət göstərmək;

-Yaranmış və ya yarana biləcək çətinlikləri vaxtında və tam şəkildə aradan qaldırmaq və ehtiyac olduğu halda bu barədə birbaşa rəhbəri məlumatlandırmaq;

-Digər tapşırılan müvafiq vəzifələri yerinə yetirmək; Komanda ilə aktiv əməkdaşlıq etmək və Şirkətin fəaliyyətlərində yaxından iştirak etmək;

Şərtlər:

-Ödəniş: əmək haqqı+ işin nəticələrinə görə bonuslar

-Rahat yerdə yerləşən rahat ofis. Laptop ilə təchiz olunmuş iş yeri;

-Bazar ertəsi – Cümə 09:30 -18:30  / Şənbə 10:00  – 17:00

-Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi 

-Əmək haqqı və bonus qaydalari fərdi olaraq müzakirə olunur.

-İş yeri : “StudyLab” Mərkəz Ofis / Ünvan:  Cəlil Məmmədquluzadə 102A, City Point Baku

Müraciət qaydası: [email protected] elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını – XARİCDƏ TƏHSİL ÜZRƏ  MƏSLƏHƏTÇİ  yazıb CV göndərməklə müraciət edilir.

Son müraciət tarixi: 18 May, 2022

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]