Vakansiya: Texniki dəstək və İT infrastrukturun monitorinqi şöbəsinin mütəxəssisi axtarır

Mütəxəssis


İşəgötürən: Elektron Hökumətin İnkişafı Mərkəzi

Vakansiya: Texniki dəstək və İT infrastrukturun monitorinqi şöbəsinin mütəxəssisi

Son tarix: 30 iyul 2022

Tələb olunur:

Peşəkar bacarıqlara dair tələblər

-Ali təhsil

-İT sahəsində ən azı 1 (bir) il iş təcrübəsi

-Azərbaycan dili mükəmməl (ingilis dili üstünlükdür)

-Əməliyyat sistemləri ilə iş təcrübəsi (quraşdırılması, sazlanması)

-Notebook, kompüter, printerlərə proqram təminatlarının quraşdırılması və yüklənməsi, problemlərin aşkar olunaraq aradan qaldırılmasını təmin etmək

-Active directory və LAN/WLAN (lokal şəbəkələr) üzrə biliklər

-DHCP və DNS üzrə biliklər

-Şəbəkə printerləri, file server üzrə biliklər

-Şəbəkə kabelləri haqqında məlumatlı olmaq (sonlandırma və test işlərinin görülməsi)

-İT infrastukturun monitorinqi sistemləri haqqında biliklər

Davranış bacarıqları:

-Stressin idarəedilməsi

-Təşəbbüskarlıq

-Məsuliyyətlilik

-Komandada işləmək bacarığı

-Ünsiyyətqurma bacarığı

-Planlama və təşkiletmə

-Aktiv öyrənmə bacarığı

-Vaxtın idarəedilməsi

-Problem analiz etmə

Biz təklif edirik:

-Rəqabətə davamlı əmək haqqı

-Performansa görə mükafatlandırma

-Zəngin təcrübə və peşəkar inkişaf

-Müasir standartlara cavab verən iş yeri və ən son texnologiyalarla təminat

-Mehriban və inklüziv mühit

“Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs (bundan sonra “Mərkəz”) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 14 mart tarixli 1885 nömrəli “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmışdır. Mərkəz, dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanı həyata keçirmək məqsədi ilə əlaqələndirici qurum funksiyalarını yerinə yetirməklə yanaşı xidmətlərin əhali arasında təbliğatının da həyata keçirilməsindən məsuldur. Mərkəz, müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsini təmin edir. Mərkəz tərəfindən həmçinin elektron xidmətlərin, o cümlədən dövlət-biznes (G2B – government to business), biznes-dövlət (B2G – business to government) istiqamətlərində elektron xidmətlərin inkişafı məqsədilə çoxşaxəli tədbirlər həyata keçirilməkdədir.

-Biz işlərimizi şəffaflıq və dürüstlük çərçivəsində icra edirik. 

-Səmərəlilik bütün planlarımızın məqsədidir

-İnnovasiyalar bizi daha da gücləndirir

-Ətraf mühitə və dövlət resurslarına qənaətcil yanaşırıq

-Siz yox “Biz” prinsipi ilə çalışırıq

-Ortaq məqsədləri paylaşırıq

-Təvəzökarlıq komandamızı irəliyə aparır

Bizimlə eyni dəyərləri və məqsədləri paylaşır və karyeranda yüksəlmək istəyirsənsə, EHİM ailəsi olaraq biz səni gözləyirik!

Vakansiya üzrə son müraciət tarixi: 30 iyul 2022-ci il

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]